Ağsuda "Qadın Zorakılığına Qarşı 16 Günlük Kampaniya" çərçivəsində tədbirlərin müzakirəsi keçirildi
Gündəm / Bölgə
23:092.07.2025273
01.07.2025-ci il tarixdə Ağsu rayon İcra Hakimiyyətində 25 Noyabr - Qadın zorakılığına qarşı beynəlxalq mübarizə gününə dair 16 günlük kampaniya çərçivəsində keçiriləcək tədbirlərin müzakirəsi ilə bağlı “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun üzvləri ilə görüş keçirilmişdir. Görüşdə rayon İcra Hakimiyyəti başçısının müavini, RİH-də yaradılmış “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun rəhbəri Sevil Mirzəliyeva çıxış edərək bildirib ki, BMT-nin Baş Assambleyasının 1999-cu il 17 dekabr tarixli Qətnaməsinə əsasən, 25 noyabr bütün dünyada “Qadınlara qarşı zorakılığa qarşı beynəlxalq mübarizə günü” kimi qeyd olunur. Hər il 25 noyabr – 10 dekabr tarixlərində bütün dünyada, o cümlədən Azərbaycanda “Gender əsaslı zorakılıqla mübarizə” adlı 16 günlük beynəlxalq kampaniya həyata keçirilir. Bu kampaniya çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hazırladığı “25 noyabr – Qadınlara qarşı zorakılıqla mübarizə günü”nə dair tədbirlər planına uyğun olaraq Ağsu rayonunda da bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. İclas zamanı kampaniya çərçivəsində mövzu ilə bağlı maarifləndirici materialların dərc edilməsi, ictimai nəqliyyat vasitələrində və dayanacaqlarda zorakılıqla mübarizəyə dair mesajların yerləşdirilməsi, məktəb psixoloqları üçün təlimlərin təşkili, eləcə də Ağsu rayonu üzrə tanınmış və nüfuzlu şəxslərin videomüraciətlərinin yayımlanması və digər məsələlər müzakirə edilib.