Ağsu RİH başçısı Bənəcik kəndində növbəti səyyar qəbul keçirib

00:55 6.06.2025 242
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hüquq-mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə 04.06.2025-ci il tarixdə Bənəcik kənd sakinləri üçün növbəti səyyar qəbul keçirib.
Xebercimedia.az xəbər verir ki, Səyyar qəbulda vətəndaşlar tərəfindən Bənəcik kəndinə gedən giriş avtomobil yolunun asfaltlaşdırılması, taxıl biçini ilə əlaqədar kəndə kombaynların təşkil edilməsi, kəndin elektrik və təbii qaz təchizatının yaxşılaşdırılması, ünvanlı dövlət sosial yardımın verilməsi, maddi yardım, işlə təminatla bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Vətəndaşların müraciətlərinin bir qismi yerində həll olunub, bəzilərinin həlli nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Oxşar xəbərlər