Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Anesteziologiya və reanimasiya şöbəsi əsaslı təmir edilib
Gündəm / Bölgə
19:15
11.03.2025
171
TƏBİB-in region xəstəxanalarının inkişaf etdirilməsi, tibb müəssisələrinin modernləşməsi, onların yeni tibbi avadanlıqlarla təmin olunması, paytaxtdan asıllığının azaldılması və beləliklə keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi istiqamətində gördüyü işlər müsbət nəticələr verməkdədir.
Xebercimedia.az xəbər verir ki, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Anesteziologiya və reanimasiya şöbəsi əsaslı təmir edilib, tamamilə müasir tibbi avadanlıq və cihazlarla təmin olunub.
TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov əsaslı təmir edilən şöbədə yaradılmış şəraitlə tanış olub. Görülən işlər barədə məlumat verən Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanov bildirib ki, şöbə izolə olunmuş 3 otaq və 16 çarpayıdan ibarətdir.
Anesteziologiya və reanimasiya şöbəsinin müdiri Səməd Fətəliyev məlumat verib ki, şöbə tam təminatlı kardiomonitorlar, süni tənəffüs aparatları, infuzomatlar, perfuzorlar, defibrilyator, çoxfunksiyalı çarpayılar, USM, EXO cihazı və s. ilə təmin olunub.
Qeyd edək ki, tibb müəssisəninin Anesteziologiya və reanimasiya şöbəsi ilə yanaşı, Ümumi cərrahiyyə və Ginekologiya-doğum şöbələrinin girişində, o cümlədən Acil şöbəsinin sarı və yaşıl otaqlarda da yenilənmə işləri aparılıb.









