Rusiya Xarkovu vurdu - 17 ölü

12:17 18.08.2026 2
Rusiya Ukraynanın Xarkov vilayətinin Peçeniqi bölgəsinə raket zərbəsi endirib.

UNİAN xəbər verir ki, bu barədə Xarkov vilayəti dövlət administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat yayıb.

İlkin məlumata görə, hücum nəticəsində 17 nəfər həlak olub. Xəsarət alan daha 8 nəfərə tibbi yardım göstərilib.

Bundan başqa, hücum nəticəsində 10 fərdi yaşayış evi, kafe, poçt şöbəsi, mağaza və azı 7 avtomobil zədələnib. Hazırda hücumun fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparılır.
Oxşar xəbərlər