Hörmüz boğazı yalnız İranın şərtləri ilə açılacaq – Qalibaf

09:47 9.07.2026 3
İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ-a vəziyyətin daha da gərginləşməsi ilə bağlı xəbərdarlıq edib.


O, X hesabında Hörmüz boğazının yalnız Tehranın şərtləri ilə açılacağını bildirib: "Əgər zərbə endirsəniz, sizə cavab zərbəsi endiriləcək. Boş yerə vurmayın, yoxsa daha da dərinə batacaqsınız. Hörmüz boğazı yalnız İranın şərtləri ilə açılacaq, Amerika təhdidləri ilə deyil."
O əlavə edib ki, ABŞ "hələ də hədə-qorxu və pozulmuş vədlərin artıq nəticəsiz qalmadığını başa düşmür".
Oxşar xəbərlər