İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-yə xəbərdarlıq edib.
İranlı nazir bu barədə “X” hesabında yazıb.
O, ABŞ-ni İran sahillərindən 2000 mil məsafədə cinayət törətməkdə günahlandırıb: “Hindistan Hərbi Dəniz Qüvvələrinin qonağı olan “Dena” freqatı göyərtəsində təxminən 130 dənizçi ilə beynəlxalq sularda xəbərdarlıq edilmədən hücuma məruz qalıb. Bu sözlərimi yadda saxlayın: ABŞ yaratdığı bu presedentdən çox peşman olacaq”.
Xatırladaq ki, ötən gün İrana məxsus “Iris Dena” gəmisi Hind okeanında, Şri-Lanka sahillərində sualtı qayıq hücumuna məruz qalıb. Hücum nəticəsində azı 80 nəfər həlak olub.