Avropa İttifaqı Rusiya ilə bütün kriptovalyuta əməliyyatlarını qadağan etməyi planlaşdırır.
"Bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, bu tədbir Moskvaya qarşı sanksiyalardan yayınmağa kömək edən Rusiya kriptovalyuta strukturlarını əhatə edəcək.
Nəşrin məlumatına görə, Avropa Birliyi kriptovalyutalarla bağlı hər hansı bir xidmət təminatçısı ilə qarşılıqlı əlaqəni və ya Rusiya Federasiyasında qeydiyyatdan keçmiş və kriptovalyutaların köçürülməsinə, mübadiləsinə imkan verən hər hansı bir platformanın istifadəsini qadağan etmək niyyətindədir.(Teleqraf)