İrandakı aksiyalarda ölənlərin sayı artdı

11:43 5.01.2026 2
İranda iqtisadi böhran fonunda keçirilən etiraz aksiyaları davam etdirilir.

“Qafqazinfo” “Iran International” portalına istinadən xəbər verir ki, ölkə boyu keçirilən aksiyalar zamanı həlak olanların sayı 20-yə çatıb.

Onlardan 19-u mülki şəxs, biri isə hüquq-mühafizə orqanlarının əməkdaşı olub.

Daha 51 nəfərin isə yaralandığı bildirilir.

Qeyd edək ki, bundan əvvəl aksiyalar zamanı 3 nəfərin öldüyü qeyd olunurdu.
Oxşar xəbərlər