Dövlətə Sədaqət, Vətəndaşa Xidmət Yolunu Seçən Vasif Mustafayev
Cəmiyyət
14:19
4.08.2026
183

Mustafayev Vasif Qəhrəman oğlu 26 iyun 1985-ci ildə Ağsu rayonunun İlxıçı kəndində anadan olmuşdur.
1991-ci ildə İlxıçı kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 2002-ci ildə həmin məktəbdə orta təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. Elə həmin il ali təhsil müəssisəsinin Riyaziyyat və informatika fakültəsinə qəbul olunmuş və 2006-cı ildə ali təhsilini bitirmişdir.
2006–2007-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri (Aviasiya) sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.
Hərbi xidmətini başa vurduqdan sonra doğma kəndinə qayıdan Vasif Mustafayev, 2009-cu ildə keçirilən bələdiyyə seçkilərində öz namizədliyini irəli sürmüş və Ağsu rayonu İlxıçı kənd bələdiyyəsinə üzv seçilmişdir. İctimaiyyətin etimadını qazanaraq 10 il müddətində İlxıçı kənd bələdiyyəsinin sədri vəzifəsində çalışmış, kəndin sosial-iqtisadi inkişafında və yerli özünüidarəetmə orqanlarının fəaliyyətində yaxından iştirak etmişdir.
2020-ci il mayın 5-dən etibarən “Azərsu” Açıq Səhmdar Cəmiyyətində (hal-hazırda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi) Sayğaclara nəzarət şöbəsinin qrup rəhbəri vəzifəsinə təyin olunmuşdur və hal-hazırda da bu vəzifədə səmərəli fəaliyyətini davam etdirir.
Peşəkar fəaliyyəti boyunca dövlətçilik prinsiplərinə sədaqəti ilə seçilən Vasif Mustafayev, gələcəkdə də öz bilik, bacarıq və təcrübəsi ilə xalqına və dövlətinə daha məsuliyyətli və yüksək vəzifələrdə xidmət etməyi qarşısına baş xətt kimi qoymuşdur.
"Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu çətin vəziyyətdən çıxarılmasına həsr olunacaqdır. Dövlətimizə, xalqımıza sədaqətlə xidmət etmək mənim həyatımın mənasıdır."
— Ulu Öndər Heydər Əliyev