Sülhü təkcə kağız üzərində deyil, gündəlik həyatda hiss etdiyimizi nümayiş etdirmək üçün bir çox birtərəfli addımlar atdıq

17:48 6.07.2026 2
Sülhü təkcə kağız üzərində deyil, gündəlik həyatda hiss etdiyimizi nümayiş etdirmək üçün bir çox birtərəfli addımlar atdıq

Azərbaycan sülhü yalnız sənədlərdə deyil, real həyatda da təmin etmək üçün qətiyyətli addımlar atır. Bu yanaşma Cənubi Qafqazda davamlı sabitliyin bərqərar olması və regionun iqtisadi potensialının reallaşdırılması üçün əsas prioritetlərdən biri kimi qəbul edilir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, hazırda hər ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir. Təhlükəsizlik isə asayişdən, dinclikdən və əmin-amanlıqdan asılıdır. Bu baxımdan Azərbaycan özünəməxsus modelə malikdir. Ölkəmiz təhlükəsizliyi dərin düşünülmüş dövlət siyasəti və mövcud siyasətin nəticəsi olaraq qazandığı güc sayəsində əldə edib. Söhbət gücdən sülh naminə yararlanan siyasətdən gedir. Tam qətiyyətlə deyə bilərik ki, hazırda məhz Azərbaycanın sayəsində rahatlıq var. Elə bir rahatlıq ki, Cənubi Qafqazın potensialını Avropa, həmçinin dünya üçün səmərəli istifadə şansı yaradır. Şansdan isə tam mənada, vaxt itirmədən yararlanmaq şərtdir. Məhz buna görə də sülh kağız üzərində qalmamalıdır.
Oxşar xəbərlər