Göyçay Rayon Qarabaqqal kənd sakini İbrahimov Ramiz İbrahim oğlu redaksiyamıza müraciət edərək bildirib ki,ona məxsus qaz sayğacı evindən bir xeyli məsafədə yola yaxın ərazidə yerləşir.Bu səbəbdən tez tez kəndin həmin yolla hərəkət edən heyvanları sayğaca toxunaraq zaman zaman müxtəlif zərər vurmuşlar.Sonuncu dəfə məhz heyvanların toxunması nəticəsində sayğacda boşluq yaranmış və qaz sızması baş vermişdir.Bundan vətəndaşın yalnız ona yüksək miqdarda qaz borcu gəldikdən sonra xəbəri olmuşdur.Məsələ ilə bağlı Ramiz İbrahimov Ağsu RQİİ Göyçay Xidmət Sahəsinə müraciət edərək bildirmişdir ki,lazımı xərclərə çəkməyə razıdır və xahiş edir ki,onun sayğacı yol kənarından onun evinin giriş qapısına yaxın gətirilib quraşdırılsın.Lakin həmin idarənin rəis müavini Məlikməmməd Mehtiyev vətəndaşla kobud rəftar edərək vətəndaşdan dolayı yolla pul tələb edib.Vətəndaş qanunla nəzərdə tutulmuş qaydadan artıq heç bir xərc çəkmədiyini bildirdikdə isə onun işinin həllinə çalışılmır. Vətəndaş Ramiz İbrahimov bizim sayt vasitəsilə aidiyyatı qurumlardan kömək istəyərək ona qarşı edilən bu haqsızlığa son verilməsini tələb edir. Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.