Antiterror əməliyyatı nəticəsində şəhid olan leytenant Bayramov Davud Şamil oğlunun 40 mərasimi keçirildi
Gündəm / Bölgə
14:063.11.202391
Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağda keçirilən antiterror əməliyyatı nəticəsində şəhid olan leytenant Bayramov Davud Şamil oğlunun 40 mərasimi keçirildi. Mərasimdən öncə RİH-nin başçısı Sevindik Hərtəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət etmiş, önünə gül dəstələri düzmüş, ruhuna dualar oxumuşlar. Mərasimdə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin xatirəsi yad edilib, ruhuna dualar oxunub, ehsan süfrəsi açılıb.