Qanboy Məmmədov: Müstəqillik tariximizin dönüş nöqtəsi

Bərdə şəhər T.İsmayılov adına 1 nömrəli tam orta məktəb yeni tədris ilində şagirdlərini qarşılamağa hazırdır.
Yeni tədris ilində hər birinizə uğurlar arzulayırıq.
Dövlət İmtahan Mərkəzinin 22.08.2024-cü il tarixində elan edilən ixtisas seçimi nəticələrinə əsasən cari tədris ilində məktəbimizdə təhsil alan şagirdlərin əldə etdiyi nəticələr:
1.Süleymanov Mirzə-Xüsusi təyinatlı təhsil müəssisəsi
2.Məmmədli Əli-BDU (Fizika müəllimi)
3.Mahmudova Aysan-Qızlar Universiteti (İngilis dili müəllimi)
4.Həsənzadə Aytac-ADPU (Kimya-biologiya müəllimi)
5.Əsgərov Nurəddin-MDU (Turizm)
6.Əhmədova Əminə- MDU (Tarix müəllimi)
7.Hüseynli Sənan -Adıyaman Universiteti (Tibb fakültəsi)
8.Aslanlı Qəzənfər-Çerniqov Universiteti (Mühəndislik)
9.Bayramov Novruz-Bədən Tərbiyəsi və İdman (məşqçi)
10.Əhmədzadə İlqar-Azərbaycan Dillər Universiteti (Regionşünsalıq)
11.Məmmədov Sadiq-MDU (Marketinq)
Ali təhsil müəssisələrinə qəbul olan hər bir məzunumuzu təbrik edir,onlara təhsil həyatında uğurlar arzulayırıq.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Tofiq İsmayılov adına 1 saylı Bərdə şəhər tam orta məktəbinin direktoru Qanboy Məmmədovdur.
Tofiq İsmayılov adına 1 saylı Bərdə şəhər tam orta məktəbinin direktoru Qanboy Məmmədov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Qanboy Məmmədov bu işin müqəddəsliyini qoruyub saxlayır. Qanboy Məmmədov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Qanboy Məmmədov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Tofiq İsmayılov adına 1 saylı Bərdə şəhər tam orta məktəbinin direktoru Qanboy Məmmədov - Ulu Öndər Heydər Əliyev bütün varlığı ilə xalqına və Vətəninə bağlı olan bir fenomenal şəxsiyyət idi. Buna görə, Dahi Lider keçmiş Sovet İttifaqında tutduğu vəzifədən istefa verdikdən sonra Bakıya gəlməyi qərarlaşdırdı. Lakin bəhs olunan dövrdə Azərbaycanın rəhbərliyində təmsil olunan şəxslər Ümummilli Lider Heydər Əliyevin Bakıya qayıdışını guya özləri üçün təhlükə hesab edərək Onun paytaxtda qalmasını əngəllədilər. Daha sonra Ulu Öndər doğulduğu Naxçıvana qayıtdı və burada insanlar Onu böyük sayğı ilə qarşıladılar. Heydər Əliyev Babək rayonundan Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçildi. Ulu Öndər, eyni zamanda, Naxçıvan Ali Sovetinə də deputat seçilmişdi.
1991-ci il sentyabrın 3-də Naxçıvan Ali Məclisinin Sədri seçilən Heydər Əliyev xalqın müstəqillik uğrunda mübarizə əzmini möhkəmləndirməyə çalışırdı. Heydər Əliyevin çağırışı ilə Naxçıvan Muxtar Respublikasının (MR) 1991-ci il martın 17-də keçmiş Sovet İttifaqının saxlanması ilə bağlı keçirilən referenduma qatılmaması Azərbaycan xalqının müstəqillik ideyalarına inamını artırdı, insanlarda böyük mübarizə əzmi yaratdı.
Ümummilli Lider Heydər Əliyev Naxçıvana rəhbərlik etdiyi dövrdə ölkənin müstəqilliyinin bərpa olunması istiqamətində zəruri addımlar atıb. 1990-cı ilin noyabrın 17-də Naxçıvan Ali Soveti Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə dövlət müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərar qəbul edilib. Vacib məqamlardan biri də budur ki, həmin qərarda Azərbaycan Respublikasının ali qanunverici orqanına da ölkəmizin dövlət rəmzləri haqqında məsələyə baxılması təklif edilmişdi. Sessiyada qəbul edilən cəsarətli qərarlardan biri də Naxçıvan Muxtar Respublikasının adından “sovet” və “sosialist” sözlərinin götürülməsi idi. Eyni zamanda, həmin sessiyada Heydər Əliyevin təklifi ilə Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırılması da sadəcə redaktə xarakterli düzəliş deyildi. Bu, dünyada Sovet İttifaqı kimi tanınan bir ölkənin siyasi strukturunda dəyişiklik edilməsi demək idi. Naxçıvanda həyata keçirilən demokratik tədbirlər bütün Azərbaycana nümunə oldu.
Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 1991-ci il fevralın 5-də açılmış sessiyasındakı çıxışında mövcud siyasi vəziyyəti əhatəli təhlil etdi, böhranın, habelə o zamanki Qarabağ probleminin səbəblərini, SSRİ və respublika rəhbərlərinin yol verdiyi ciddi qüsurları və onların aradan qaldırması, təcavüzkar Ermənistana qarşı birlikdə mübarizə aparmağın vacibliyini qeyd etdi. Ulu Öndərin çağırışını xalq ruh yüksəkliyi ilə qarşıladı. Məhz həmin sessiyada dövlətin adı dəyişdirilərək Azərbaycan Respublikası adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq olundu.
Heydər Əliyevin Naxçıvana gəlişi ilə tarixən Azərbaycan dövlətçilik ənənələrinin yaşadıldığı bu qədim diyar işğal təhlükəsindən xilas edildi, Muxtar Respublikanı düşdüyü ağır blokada şəraitindən çıxardı. Ulu Öndər Naxçıvanda bütün Azərbaycanın qurtuluş mübarizəsinə başladı. Ölkəmizin dövlətçilik tarixində mühüm rol oynayan Naxçıvanın muxtariyyət statusu ötən əsrin 90-cı illərində Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizə dövründə mühüm mərhələ təşkil edib. Heydər Əliyev siyasi xəttinə sədaqət nümunəsi olan Naxçıvan Muxtar Respublikası Azərbaycanın bütün bölgələri kimi sürətlə edir. İndi Naxçıvanın çox böyük dayanıqlı iqtisadiyyatı, güclü müdafiə potensialı var. Ötən illərdə Naxçıvan MR milli dövlətçiliyin inkişaf etdirilməsinə, quruculuq proseslərinin genişləndirilməsinə öz töhfələrini verib.
Bu gün mühüm enerji potensialı olan Naxçıvan, həm də dünyaya əsrarəngiz turizm imkanlarına malik olan bir diyar kimi qapılarını açır. Ağır blokada vəziyyətindən inkişafa, yüksəlişə aparan yolun əsası isə 3 sentyabr 1991-ci ildə qoyulmuşdur.