Bərdə şəhər Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyində təhsilin kefiyyəti yüksək səviyyədədir

11:16 3.09.2024 26
Bərdə şəhər Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyində təhsilin kefiyyəti yüksək səviyyədədir


Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Bərdə şəhər Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyinin direktoru Qurban Məmmədovdur.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Qurban Məmmədov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Qurban Məmmədov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Bərdə şəhər Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyinin direktoru Qurban Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Qurban Məmmədovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Qurban Məmmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Bərdə şəhər Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyinin direktoru Qurban Məmmədova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Ona etibar edilən bütün işlərdə Qurban Məmmədov özünü doğruldub. Bizdə hörmətli Qurban Məmmədovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.


Bərdə şəhər Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin Tələbə adı qazanmış şagirdləri
—————–
2023/2024-cü tədris ilində DİM tərəfindən keçirilmiş ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticəsinə əsasən Bərdə şəhər akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin 104 nəfər məzunundan 72 nəfəri müxtəlif ali təhsil müəssisələrinə qəbul olunmuşdur.
1.Məmmədov Nihad Zaur oğlu-671 bal, ATU-Tibb
2.Həsənzadə Banuçiçək Bəxtiyar qızı-653bal, ATU-Tibb
3.Abdullayev Cavidan Zaur oğlu-642bal, ADA-Biznesin idarə edilməsi
4.Behbudov Behbud Müqəddəs oğlu-616 bal, UNEC-Komputer elmləri
5.Mehdizadə Mətin Qərib oğlu-604bal, NDU-Tibb
6.Qasımzadə Nicat Səbuhi oğlu-587bal, NDU-Tibb
7.Nəcəfova Aişə Fuad qızı-569bal, ATU-Səhiyyə
8.Yusifova Nərmin Nadim qızı-560bal, BMU-Komputer elmləri
9.Rüstəmzadə Arzu Fuad qızı-557bal, BDU-Psixologiya
10.Novruzov Hikmət Rüstəm oğlu-553bal, Qarabağ universiteti-Beynəlxalq münasibətlər
11.Zeynalov Tofiq Famil oğlu- 525bal, ADU-Tərcüməçi(alman dili)
12.İslamzadə Fidan Rəşad qızı-523bal, BDU-Komputer elmləri
13.Məmmədova Nərgiz Zaur qızı-510 bal, BDU-Psixologiya
14.Şükürzadə Solmaz Eldəniz qızı-557bal, Qarabağ universiteti-İngilis dili müəllimliyi
15.Mustafazadə Türanə Mübariz qızı-570bal, Qarabağ universiteti-Riyaziyyat müəllimliyi
16.Eldarzadə Füruzə Seymur qızı-501bal, BDU-Riyaziyyat müəllimliyi
17.Babazadə Gülnar Elşən qızı-500 bal, BDU-Tarix müəllimliyi
18.Əmirzadə Abbas Rəsul oğlu-533 bal, UNEC-Maliyyə
19.Dadaşov Bahadur Elmir oğlu-500bal, Polis akademiyası
20.Quliyeva Zəminə Nurlan qızı-487bal, ADPU-İbtidai sinif müəllimliyi
21.Məmmədli Nihad Valeh oğlu-473bal, GDU-Fizika müəllimliyi
22.Savalanlı Könül Samir qızı-461bal, ATU-İnformasiya texnologiyaları
23.Atayev Musa Maqsud oğlu-408 bal, UNEC-Beynəlxalq ticarət
24.İsgəndərov Yusif Aslan oğlu-419bal, UNEC-mühasibat uçotu
25.Kərimli Günel Etibar qızı- 481bal, NDU-ingilis dili müəllimliyi
26.Məmmədova Şahanə Anar qızı-423bal, ADPU-İbtidai sinif müəllimliyi
27.Əsgərov Sənan Xaliq oğlu-424bal, ADU-Beynəlxalq münasibətlər
28.Cəfərli Nüranə Məzahir qızı-470bal, BDU-Jurnalistika
29.Baxışova Şəbnəm Famil qızı-460bal, BSU-İngilis dili müəllimliyi
30.Abdullazadə Nigar Rasim qızı-417bal, GDU-Azərbaycan dili və ədəbiyyat müəllimliyi
31.Abdullayeva Leyla Zaur qızı-424 bal, Xəzər universiteti- Tarix müəllimliyi
32.Oruclu Cavanşir Elşad oğlu-425bal, ATU-Komputer mühəndisliyi
33.Cəfərova Sima Pərviz qızı-404bal, MAU-Komputer mühəndisliyi
34.Nuriyev Amin Əli oğlu- 389bal, Qarabağ universiteti-İqtisadiyyat
35.Rəsulzadə Leyla Faiq qızı- 376 bal, BMU-Biotexnologiya
36.Əlizadə Ayşən Habil qızı-372 bal, BDU-İnformatika müəllimliyi
37.Abbasova Arzu Zaur qızı-309bal, ADPU(Şamaxı)-İbtidai sinif müəllimliyi
38.Hikmətli Elyar Ramin oğlu-391bal, GDU-Tarix müəllimliyi
39.İsmayılzadə Ümid Eyvaz oğlu-330 bal, Hərbi akademiya
40.Quliyeva Nəzrin Vüqar qızı-320 bal, ADPU(Ağcabədi)-ibtidai sinif müəllimliyi
41.Yusifzadə Büsat Yusif-400bal, ADMİU
42.Şükürlü Nəzrin Rəşad qızı-389bal, ADPU-İbtidai sinfin metodikası
43.Mehdiyev Rüstəm Vidadi oğlu-325bal, BDU-Biologiya
44.Abbaszadə Əsmər Emil qızı- 349bal, SDU-Biologiya
45.Abdullayev Rauf Kənan oğlu-343bal, BMU-Elektronika mühəndisliyi
46.Albəndəyev İsmayıl Şahmar oğlu-378bal, AZMİU-Qaz mühəndisliyi
47.Bayramlı Humay Zaur qızı-325bal, ADPU-Filologiya
48.Əmiraslanlı Sərdar Elmir oğlu-358bal, BDU-Kimya müəllimliyi
49.Hüseynli Aysu Aqil qızı-465bal, UNEC-Qida mühəndisliyi
50.Şərifzadə Murad Azad oğlu-385bal, AMİU-İnformasiya texnologiyaları
51.Ağazadə Aytən Yalçın qızı-374bal, BDU-Jurnalistika
52.Məmmədli Nihad Eldəniz oğlu-321bal,BDU-Beynəlxalq ticarət
53. Seyidbəyli Gülzar Nofəl -382bal, ADU-İngilis dili
54. Dadaşova Humay Orxan qızı- 297bal, ADPU- Biologiya
55.Qasımova Günel Elmir qızı-241bal, BSU-Regionşünaslıq
56.Hacıyeva Ülkər Həmid qızı-241bal, Odlar yurdu-Biologiya
57.Məmmədova Xədicə Samir qızı-266bal, ATU-İnformasiya texnologiyaları
58.Xankişiyeva Nuray Vidadi qızı-231bal, ADU-Regionşünaslıq
59.Hacızadə Fəxri Fuad oğlu-345bal, ADNSU-İqtisadiyyat
60.Həsənli Fəridə Elməddin qızı-362bal, ADPU(Şamaxı)-Az/dili və ədəbiyyat
61.Həsənli Lalə Qalib qızı-309bal, ADPU-Kimya müəllimliyi
62. Teymurlu İlhamə İlham qızı-387bal,ADPU-Kimya müəllimliyi
63.Hüseynli Ayla Elşad qızı-299bal, ADU-İngilis dili
64.Şərifova Leyla Şahin qızı-219bal, ATU-Dizayner
65.Əhmədov Elşən Ziya oğlu-261bal, GDU-Maliyyə
66.Ziyadova Nürdanə Şamil qızı-199bal, BSU-Regionşünaslıq
67.Adıgözəlzadə Məhəmməd Əhsən oğlu-160bal, UNEC(Zaqatala)-turizm
68.Kərimli Hilal Coşğun oğlu-175bal, UNEC(Zaqatala)-Marketinq
69.Sədiyev İzzət Sərvər oğlu-317bal, ADU-Regionşünaslıq(Amerika)
70.Mədətli Gülnur Namiq qızı-BDU-Kimya
71.Muxtarov Ağalar Azay oğlu- ADNSU-Mühəndislik
72.Məmmədov Məmməd Elnur oğlu-ABTİA-Fiziki tərbiyə
Oxşar xəbərlər