Günəş Rüstəmova: Uğurlarımızı saymaqla bitməz


Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Yardımlı rayon Honuba bələdiyyəsinin sədri Günəş Rüstəmovadır.
Yardımlı rayon Honuba bələdiyyəsinin sədri Günəş Rüstəmova qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Günəş Rüstəmovanın diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Günəş Rüstəmova səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Yardımlı rayon Honuba bələdiyyəsinin sədri Günəş Rüstəmovaya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Yardımlı rayon Honuba bələdiyyəsinin sədri Günəş Rüstəmova - Azərbaycan qadını əbədi gözəllik simvolu olmaqla yanaşı, dövlətin, cəmiyyətin, ictimai-siyasi həyatın, hər bir evin aynası, o evdəki həyatın mənası, ailənin dayağıdır. Azərbaycan qadınları müdrik hökmdar, cəsur sərkərdə, bacarıqlı diplomat, istedadlı şairə, sənətkar kimi tariximizdə iz qoyublar. Zəmanəmizdə isə sədaqətli Vətən qızı, mübariz ictimai xadim, xeyirxah insan missiyasının daşıyıcısı olan xanımlar haqqında söhbət, təbii ki, cildlərə sığışmaz, onların ümumiləşmiş siması kimi, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın adı və fəaliyyəti danılmazdır. Bu gün dünyada mürəkkəb geosiyasi kataklizmlərin yaşandığı, müxtəlif ölkələrin xaos, anarxiya və böhran vəziyyəti ilə üzləşdiyi bir şəraitdə Azərbaycan iqtisadi yüksəlişi, ictimai-siyasi sabitliyi və müsbət beynəlxalq imici ilə diqqəti cəlb edir, möhtəşəm uğurlar qazanaraq yeni zirvələr fəth edir. Əlbəttə, Cənubi Qafqazın lider ölkəsinin ardıcıl nailiyyətlərinin və güclü dövlətçilik konsepsiyasının təməlini uğurlu – milli maraqlara, müasir çağırışlara və yeni reallıqlara əsaslanan strateji kurs təşkil edir. Heydər Əliyev ideyalarını inamla və əzmlə reallaşdıran Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasəti Azərbaycana yeni qələbələr bəxş edir, respublikamızın geosiyasi statusu artır, beynəlxalq mövqeyi daha da möhkəmlənir.
Heç şübhəsiz, intibah və inkişaf dövrünü yaşayan Azərbaycanın milli tərəqqisində dövlət başçısının ən yaxın silahdaşı - Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın milli maraqlara əsaslanan çoxşaxəli fəaliyyətinin müstəsna rolu var. Başqa sözlə, Azərbaycanın möhtəşəm uğurlarında Mehriban xanım Əliyevanın xüsusi imzası var.
Mehriban xanım Əliyevanın çoxşaxəli, məqsədyönlü fəaliyyəti həm ölkəmizdə ayrı-ayrı sahələrin inkişafı, həm də Azərbaycanın müsbət beynəlxalq imicinin daha da möhkəmləndirilməsi baxımından böyük önəm kəsb edir.
İnkaredilməz həqiqətdir ki, Azərbaycanın birinci xanımı xalqa və dövlətə ləyaqətlə xidmət edərək milli maraqları daim üstün tutub. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə genişmiqyaslı sosial-iqtisadi layihələr həyata keçirilib, yeni tibb ocaqları, məktəblər, uşaq bağçaları, internat məktəbləri istifadəyə verilib. Bu isə əsasında Azərbaycan vətəndaşının mənafeyinin dayandığı sosial siyasətə böyük dəstəkdir. Mehriban xanım Əliyeva, həmçinin Milli Məclisdə amnistiya aktlarının qəbul olunması təşəbbüsləri ilə çıxış edib və bunun sayəsində minlərlə məhkum azadlığa qovuşub. Bu fakt onun fəaliyyətinin, eyni zamanda, humanizm prinsiplərinə söykəndiyini təsdiqləyir.
Xüsusi qeyd etmək lazımdır ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ulu Öndərimizin ideyalarını əzmlə və sədaqətlə həyata keçirir. Xüsusilə də, Birinci xanımın təşəbbüsü ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xalqımızın mədəni irsinin, milli mədəniyyət nümunələrinin beynəlxalq miqyasda təbliği istiqamətində çox mühüm addımlar atılır. Bu yöndə görülən işlər Azərbaycanın beynəlxalq müstəvidə mövqeyinin möhkəmlənməsini şərtləndirib və tarixi Qələbəmizi təmin edən çox mühüm amillərdən biri olub. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Heydər Əliyev Fondunun fəaliyyəti nəticəsində Azərbaycan daha çox tanınır və məhz bu amil bizə İkinci Qarabağ müharibəsi dövründə kömək göstərdi”.
Eyni zamanda, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yeni layihələr əsasında ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə yaralananların xüsusi tibbi xidmətlərlə təmin olunmaları, əlilliyi olan şəxslərə, müharibə veteranlarına, qazilərə, şəhid ailələrinə və erməni vandalizmindən, müharibədən əziyyət çəkən digər kateqoriyadan olan insanlara sosial dəstək xarakterli işlərin görülməsi və yüksək mənəvi dəstək verilməsi cəmiyyətdə böyük rəğbətlə qarşılanır, olduqca yüksək dəyərləndirilir.
Daha bir mühüm məqam Mehriban xanım Əliyevanın qurucusu Ümummilli Liderimiz Heydər Əliyevin olduğu Yeni Azərbaycan Partiyası çərçivəsində səmərəli və məqsədyönlü fəaliyyəti ilə əlaqədardır. Ümumxalq və qələbələr partiyası kimi səciyyələndirdiyimiz YAP-ın güclənməsində, inkişafında, xüsusilə gənclərin, qadınların partiyaya üz tutmasında Mehriban xanım Əliyevanın müstəsna rolu var.
Bütövlükdə, Azərbaycanın birinci xanımının fəaliyyəti həm ölkə miqyasında, həm də beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. Müxtəlif nüfuzlu beynəlxalq mükafatlara layiq görülməsi Mehriban xanım Əliyevanın milli məzmunlu, bəşəri xarakterli və beynəlxalq əhəmiyyətli fəaliyyətinə verilən yüksək qiymətin ifadəsidir.
Heç şübhəsiz, "İnam və səmimiyyət olan yerdə yaradıcılıq əzmi xarüqələr yaratmağa qadirdir", - deyən Mehriban xanım Əliyevanın səmimi yanaşması, əzmkar fəaliyyəti, xalqın isə ona dərin rəğbəti, tükənməz sevgisi, sarsılmaz inamı və güclü etimadı müstəqil və qalib dövlətimizə yeni və daha möhtəşəm uğurlar qazandıracaqdır.