Bu gün çox dəyərli insan Lətafət Qasımovanın doğum günüdür

08:59 7.08.2024 59
Bu gün çox dəyərli insan Lətafət Qasımovanın doğum günüdür


Bu gün çox dəyərli insan Lətafət Qasımovanın doğum günüdür. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Lətafət Qasımovadır.

Lətafət Qasımova qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Lətafət Qasımovanın diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Lətafət Qasımova səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Lətafət Qasımova bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Lətafət Qasımova özünü doğruldub. Bizdə hörmətli Lətafət Qasımovanı dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik
Oxşar xəbərlər