Professor Mönsüm Alışov ömrünü məhsuldar elmi-pedaqoji fəaliyyətə, şagirdlərin təlim-tərbiyəsinə həsr edib


Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də “İdrak” liseyinin təsisçisi, riyaziyyatçı alim, tanınmış pedaqoq, innovator, pedaqoji elmlər doktoru, professor Mönsüm Alışovdur.
“İdrak” liseyinin təsisçisi, riyaziyyatçı alim, tanınmış pedaqoq, innovator, pedaqoji elmlər doktoru, professor Mönsüm Alışov Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Mönsüm Alışov - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.
“İdrak” liseyinin təsisçisi, riyaziyyatçı alim, tanınmış pedaqoq, innovator, pedaqoji elmlər doktoru, professor Mönsüm Alışov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Mönsüm Alışov bu işin müqəddəsliyini qoruyub saxlayır. Mönsüm Alışov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Professor Mönsüm Alışov ömrünü məhsuldar elmi-pedaqoji fəaliyyətə, şagirdlərin təlim-tərbiyəsinə həsr edib. Hazırda rəhbərlik etdiyi liseydə şagirdləri dərin bilikli, mənəvi-əxlaqi dəyərlərə yiyələnmiş hərtərəfli vətənpərvər insanlar kimi yetişdirmək üçün çalışır.
1992-ci ildə onun təşəbbüsü ilə Sumqayıt Pedaqoji Seminariyası təsis edilib. Seminariya sonradan Sumqayıt Özəl Orta İxtisas Kolleci adlandırılıb və profili genişləndirilib.
Mönsüm Alışov 2001-ci ildə “Kompüter texnikasının köməyilə şagirdlərin idrak fəaliyyətinin fəallaşdırılması” mövzusunda pedaqoji elmlər sahəsində namizədlik dissertasiyasını müdafiə edib. Respublikamızın məktəblərində informatika fənninin tədrisinin yaxşılaşdırılmasına və eləcə də kompüterin təlim prosesinə tətbiqinə dair gənc müəllimlərə kömək məqsədilə onun müxtəlif illərdə 80-dən çox elmi-publisistik məqaləsi çap olunub. İki monoqrafiyanın, 10 dərs vəsaiti və metodik tövsiyənin müəllifi və həmmüəllifidir. Əsərlərinə görə 2008-ci ildə “Qızıl qələm” mükafatına layiq görülüb.
2008-ci ildə Sumqayıt Özəl Orta İxtisas Kollecinin zəngin maddi-texniki bazası əsasında “İdrak” liseyini təsis edib. “Təhsilin humanistləşdirilməsi yolu ilə yeni pedaqoji təfəkkürün inkişafı” amalını rəhbər tutan liseydə yüksək hazırlıqlı müəllimlər çalışır.
2009-2016-cı illərdə, eyni zamanda, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun tədris işləri, daha sonra isə elmi işlər üzrə prorektoru və həmin institutun təhsilin idarə edilməsi və innovasiyalar kafedrasının professoru olub.
2013-cü ildə “Həndəsənin hazırlıq kursunun məzmunu, sistemi və təlimi metodikasının təkmilləşdirilməsi” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edib. Bu elmi tədqiqat işi ilk dəfə olaraq həndəsənin hazırlıq kursu məzmununun sisteminə, müasir inkişafetdirici təlim şəraitində fəal təlim metodlarının informasiya-kommunikasiya texnologiyalarının kompleks şəkildə tətbiq edilməsinə dair hazırlanmış yeni metodik sistemdir.
Onun təsis etdiyi “İdrak” liseyi iş sistemi və dinamik inkişafa malik mexanizm sayəsində özünə olan tələbatı tezliklə artıraraq Sumqayıt şəhərinin sərhədlərini aşıb. 2014-cü il sentyabrın 15-də “İdrak” liseyinin Bakı filialı fəaliyyətə başlayıb.
Mönsüm Alışov yalnız “İdrak” liseyində tətbiq olunan “Media dərslər” innovativ layihəsinin müəllifidir. “Media dərslər” sayəsində 45 dəqiqə müddətində, yəni bir akademik saatda izahı dərindən mənimsəməyə imkan tapmayan şagird istənilən vaxt, hər yerdə internet vasitəsilə liseyin baza yaddaşına müraciət etməklə dərsin izahını təkrar-təkrar izləyə bilər. Beləliklə, həm öyrənənlər, həm də öyrədənlər üçün zaman və məkan məhdudiyyəti tamamilə aradan qalxır. “Media dərslər” layihəsi 2016-cı ildən etibarən “İdrak” liseyində uğurla tətbiq olunur.
Vətənpərvər ziyalımız Mönsüm Alışov Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan 44 günlük haqq savaşında ordu-xalq, xalq-ordu birliyini əsas tutaraq əsgər və zabitlərimizə yardımlarını göstərmişdir.
Vətənpərvərlik bir millətin və dövlətin inkişafında və onun qorunmasında mühüm rol oynayan, vətənə bağlılıq və sevgi duyğularını ifadə edən bir anlayışdır. Vətənpərvər insan isə öz vətəninə sadiq, onun inkişafı və müdafiəsi üçün çalışmağa hazır olan, vətənin dəyərlərini və mədəniyyətini qoruyub yaşatmağa çalışan şəxsdir. Bu geniş mövzunu müxtəlif aspektlərdən araşdırmaq mümkündür.
Vətənpərvərlik, vətənə olan sevgi və sadiqlik hissidir. Bu hiss, insanların öz doğma torpaqlarını qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha yaxşı bir mühit buraxmaq istəyindən doğur. Vətənpərvərlik yalnız bir duyğu deyil, eyni zamanda fəaliyyətlərdə də özünü göstərən bir məfhumdur. Mönsüm Alışovda məhz bu amalda olan insanlardandır.
Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda “İdrak” liseyinin təsisçisi, riyaziyyatçı alim, tanınmış pedaqoq, innovator, pedaqoji elmlər doktoru, professor Mönsüm Alışov olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.