Vəfa Hüseynzadə həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə catmaq üçün yorulmaq bilmədən çalışan insandır

15:33 17.07.2024 62
Vəfa Hüseynzadə həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə catmaq üçün yorulmaq bilmədən çalışan insandır


Hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də 7 nömrəli doğum evinin rəhbəri Vəfa Hüseynzadədir.

7 nömrəli doğum evinin rəhbəri Vəfa Hüseynzadə həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə catmaq üçün yorulmaq bilmədən çalışan insandır. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək Vəfa Hüseynzadənin həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirik: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub.

Vəfa Hüseynzadə çalışdığı bütün sahələrdə ilk gündən çox yaxından, olduqca fəal və layaqətlə iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona kollektivdə və ictimaiyyət arasında həmişə hörmət və başucalığı gətirmişdir.

Mübaliğəsiz demək olar ki, 7 nömrəli doğum evinin rəhbəri Vəfa Hüseynzadə ilk qədəmlərindən fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır. Gənclik illərindən bu günə kimi yalnız bir yolla addımlayır – bu yol Böyük Heydər Əliyev, İlham Əliyev yoludur. O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.

Vəfa Oruc qızı Hüseynzadə 1978-ci ildə Şəmkir rayonunda anadan olub. 2000-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. 2000-2001-ci illərdə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda (ETMGİ) internatura təhsili alıb

O, 2003-cü ildən ETMGİ-də elmi işçi, böyük elmi işçi, həkim mama-ginekoloq vəzifələrində çalışıb.

2009-cu ildə “Abdominal doğuşun müasir aspektləri” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 30-a yaxın elmi məqalənin və bir monoqrafiyanın müəllifidir.

Həkim 2011-2014-cü ildən Fransada endoskopik cərrahiyyə üzrə ixtisasartırma kurslarında iştirak edib.

Vəfa Hüseynzadə 2021-ci ildə ETMGİ-də Zahılıq şöbəsinin müdiri təyin edilib. 2022-ci ildə Kliniki Tibbi Mərkəz PHŞ-də 5 nömrəli doğum evinin baş həkimi vəzifəsində çalışıb.
Hazırda “Nizami Tibb Mərkəzi” PHŞ-in direktor müavini və 7 nömrəli doğum evinin rəhbəridir.
Oxşar xəbərlər