Tahirə Səfərova -Şagirdlərin sevimlisi

2023-2024-cü tədris ilində 12 şagirdimiz fərqlənmə atestatına layiq görülmüşdürlər.
O, bir ömür yaşayır. Şərəfli, ləyaqətli müəllim ömrü. Əslində müəllimliklə bərabər həm də ziyalı ömrü. Peşəsinin fədaisi, sənətinin vurğunudur. Çətin və keşməkeşli, enişli, yoxuşlu həyat yolundan keçərək zirvələri fəth edən bu şəxs həm də gözəl insan, təhsil fədaisidir. Haqqında söhbət açdığımız insan yorulmaq bilmədən çalışaraq ömrünü təhsilə həsr edən Sumqayıt şəhər Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbin direktoru Tahirə Səfərovadır. Ömrünün ən gözəl, yaddaqalan illərini şagirdlər arasında keçirən Tahirə müəllimə sözün həqiqi mənasında çox bacarıqlı, mehriban müəllim, gözəl ana, qayğıkeş insandır. Məhz bu keyfiyyətlərinə görə dərs dediyi şagirdlərin, rəhbərlik etdiyi kollektivin böyük hörmətini qazanmışdır. Tahirə müəllimə çalışdığı illər ərzində tədrisin keyfıyyətinin yaxşılaşdırılması yolunda yaxından iştirak edərək uğurlu nəticələr əldə edib.
Əslində o, müəllimlər müəllimidir. Həyatını bir gün də olsun məktəbsiz və uşaqlarsız təsəvvür edə bilməyən Tahirə müəllimənin sənətinə, peşəsinə olan vurğunluğu uzunillik səmərəli pedaqoji fəaliyyətində ona güc, qüvvət, işinə sonsuz məhəbbət vermişdir. Bu həvəs və məsuliyyət ona uğur qazandırmış, onu hər zaman üzüağ, alnıaçıq etmişdir. Müəllim adının şərəfini və ləyaqətini hər zaman uca tutan, "İnsan yorulmamalı, zamanın nəbzini tutmalıdır" deyən pedaqoq həyat enerjisi ilə çalışır.
Onun öz kollektivi və şagirdlərinin valideynləri ilə düzgün və hörmətli münasibəti, təlim prosesi zamanı yaradıcı olması, qarşıya çıxacaq çətinlikləri öncədən görməsi və təlim fəaliyyətinin istiqamətləndirməyi bacarması başqa direktorlar üçün xüsusi bir örnəkdir. Onun xususi ilə də Qarabağ müharibəsi əlillərinin övladlarına göstərdiyi qayğı və diqqət təqdirə layiq bir hərəkətdir.
Tahirə müəllimə məktəbdə gözəl nizam -intizam yaratmış və şagirdlərə əsl ata qayğısı göstərir. Mən fəxr edirəm ki, əsl vəzifə borcunu vicdanla yerinə yetirən, vətənpərvər, Tahirə müəllimə kimi direktorlarımız var.
Biz də Təhsil Az adından vasitəsilə Təhsil naziri Emin Əmrullayev və Sumqayıt şəhər Həzi Aslanov adına 22 nömrəli məktəbin direktoru Tahirə Səfərovaya öz təşəkkürümüzü bildirir: “Cənab Nazir, çox sağ olun ki, təhsil müəssisələrini Tahirə Səfərova kimi etibarlı, savadlı kadrlara əmanət etmisiniz.
Biz də ona - adını təhsilin tarixinə yazan, neçə-neçə şagirdin, yetirməsinin qəlbində özünə məhəbbətdən heykəl qoyan bu sadə, səmimi insana uzun ömür, cansağlığı arzu edirik.