Tahirə Səfərova: Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır

10:30 31.05.2024 105
Tahirə Səfərova: Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır


Sumqayıt şəhəri Həzi Aslanov 22 nömrəli tam orta məktəbində "1 -iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü" və "Sumqayıtın 75 illiyi"nə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə şəhid anası və şəhid yoldaşı, qazilər, AXRTİ əməkdaşı qonaq qismində iştirak etdilər.
Başda məktəbin direktoru Tahirə müəllimə olmaqla bütün kollektiv adından şagirdlərimizi və onların timsalında bütün uşaqları təbrik edirik.
Bayramınız mübarək əziz balalar.

Tahirə Səfərova: Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır

Tahirə Səfərova: Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır
Tahirə Səfərova: Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır
Tahirə Səfərova: Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır
Tahirə Səfərova: Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır


Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Sumqayıt şəhəri Həzi Aslanov 22 nömrəli tam orta məktəbinin direktoru Tahirə Səfərovadır.

Sumqayıt şəhəri Həzi Aslanov 22 nömrəli tam orta məktəbinin direktoru Tahirə Səfərova qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Tahirə Səfərovanın diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Tahirə Səfərova səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Sumqayıt şəhəri Həzi Aslanov 22 nömrəli tam orta məktəbinin direktoru Tahirə Səfərovaya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.


Sumqayıt şəhəri Həzi Aslanov 22 nömrəli tam orta məktəbinin direktoru Tahirə Səfərova - Bu gün ölkədə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilimizə yüksək diqqət və qayğısı var. Son illər yüzlərlə məktəb həm dövlət büdcəsi vəsaiti hesabına, həm də Heydər Əliyev Fondu tərəfindən yüksək səviyyədə təmir və bərpa olunub, yeni STEAM, uşaq-yaradıcılıq mərkəzləri yaradılıb.

Azərbaycan bütün istiqamətlərdə sürətli inkişaf yolunda inamla irəliləyir. Təbii ki, hər bir inkişafın təməlində insan kapitalı, onun əsasında isə təhsil dayanır. Çünki hər bir dövlətin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Təhsil sahəsində önəmli islahatlar həyata keçirilir. Bu gün ölkəmizdə təhsilin daha da inkişafı üçün xeyli sayda dövlət proqramı icra olunur. Həyata keçirilən dövlət proqramları çərçivəsində təhsil təyinatlı yeni binalar inşa edilir, ümumi təhsil müəssisələrinin binaları əsaslı təmir olunur. Təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişlənib, bütövlükdə təhsilin infrastrukturu müasirləşib.

“44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir və soydaşlarımız mərhələli şəkildə doğma yurd-yuvalarına qayıdırlar. Son üç ildən artıq dövrdə bu istiqamətdə görülən işlərə, soydaşlarımızın qayıdış ünvanlarına diqqət yetirsək Azərbaycan xalqının nə qədər qurucu xalq olduğunu görərik. Hər bir sahədə ilklərə imza atan Azərbaycan azad edilmiş torpaqlarda gördüyü işləri, təkmil dirçəliş modeli ilə də dünyanın diqqətindədir. Müharibədən dərhal sonra bərpa işlərinə başlamaq mümkün olmasa da Azərbaycan bu sahədə də ilkə imza atdı. Ötən bu dövrdə görülən işlərin miqyası o qədər böyükdür ki, onları sadalamaqla bitməz. Öncə bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, şanlı Qələbəmizdən sonra tariximizin Zəfər səhifələri davamlılığı ilə diqqətdədir. Ötən ilin aprelində ərazi bütövlüyümüz, sentyabr ayında Silahlı Qüvvələrimizin həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabr ayının 15-də, Prezidentlik dövrünün 20 illiyində Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda Azərbaycan Bayrağını ucaltdı. Bu qürurverici hadisəni də xüsusi qeyd etmək istərdik ki, tarixi Zəfərimizdən sonra dövlət başçısı İlham Əliyev doğum günlərini, bayramlarımızı, tarixi günləri işğaldan azad edilmiş ərazilərdə qeyd edir, burada ictimaiyyət nümayəndələri və ilk köç edən sakinlərlə görüşür, Zəfərimizin sevincini paylaşır. 28 May-Müstəqillik Günündə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva işğaldan azad edilmiş Ağdam və Xocalı rayonlarına səfər etdilər. Soydaşlarımızın qayıtdıqları ünvanlar sırasına Xocalı şəhəri də daxil oldu. Dövlət başçısı İlham Əliyevin Xocalı şəhərinə köçən sakinlərlə görüşündə vurğuladığı kimi, bu qayıdışın Müstəqillik Gününə təsadüf etməsi təsadüfi deyil. Keçən il Müstəqillik Günündə dövlət başçısı İlham Əliyev Laçın şəhərində laçınlılara evlərin açarlarını təqdim etdi. İki il bundan əvvəl Müstəqillik Günü ərəfəsində - mayın 27-də Ağalı sakinləri ilə görüşdü. Onlar da məhz həmin gün doğma yurd-yuvalarına qayıtdılar. Bu il isə Müstəqillik Günündə xocalılılar qayıtdılar. Azərbaycan Bayrağının Xocalıda ucaldılmasından ötən 8 ayda görülən işləri xocalılar möcüzə kimi dəyərləndirdilər. Digər işgaldan azad edilən ərazilərimiz kimi, Xocalı da yenidən qurulur, gözəlləşir.”
Tahirə Səfərova: Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır

Torpaqlarımızın 30 ildən sonra tarixi sahibinə qovuşması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması tariximizin Zəfər səhifələri kimi daim vərəqlənəcək, xalqımız hər zaman ölkə Prezidentinə, rəşadətli Ordumuza minnətdarlığını ifadə edəcək: “Xocalı sakinləri ilə görüşündə də Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha diqqəti 30 illik işğal dövrünə yönəldərək bildirdi ki, ancaq hər şeyin vaxtı var və biz qayıtmışıq. Həm Vətən müharibəsi, həm antiterror əməliyyatı xalqımızın gücünü, iradəsini, əsgər və zabitlərimizin qəhrəmanlığını bütün dünyaya sübut etdi. Onların qəhrəmanlığı, fədakarlığı sayəsində biz bu gün buradayıq. Onlar sinələrini qabağa verərək düşmənə elə bir sarsıdıcı zərbə endirdilər ki, bundan sonra Ermənistan heç vaxt Azərbaycana qarşı hər hansı bir hərbi təxribat törətməyə cəhd etməyəcək. Halbuki Ermənistanda revanşistlər də kifayət qədər çoxdur. Bizə qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri var. Müzəffər Ali Baş Komandan bu çağırışı etdi ki, biz hər an hazır olmalıyıq. İlk növbədə, ordumuzu daha da gücləndirməliyik və bunu edirik.”

Dövlət başçısı İlham Əliyev hər bir çıxışında, görüşlərində xalqımıza müjdələr çatdırır, gələcəklə bağlı müəyyənləşdirilən hədəflərdən bəhs edir: “Bu baxımdan cənab İlham Əliyevin Xocalı sakinləri ilə görüşü də diqqətdə oldu. Belə ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi şəhərinə ilk köçün vaxtını açıqladı. Bu müjdəni çatdırdı ki, sentyabr ayından artıq Xankəndiyə də köç başlayır.”

Hər bir hədəfin zamanında reallığa çevrilməsi Prezident İlham Əliyevin qətiyyətinin məntiqi nəticəsidir: “İşğal dövründə Müzəffər Ali Baş Komandan xocalılarla görüşündə bildirirdi ki, gün gələcək Xocalıda görüşəcəyik. İkinci Qarabağ müharibəsi başa çatanda xocalılar inanırdılar, bilirdilər ki, bu gün də gələcək.”

Tahirə Səfərova diqqəti bu il dövlət başçısı İlham Əliyevin Xocalı faciəsinin 32-ci ildönümündə Xocalıya səfərinə, ictimaiyyət nümayəndələri ilə görüşünə və Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlinin qoyulmasına yönəldərək bildirib ki, sakinlərlə görüşündə ölkə Prezidenti bu mühüm addımın əhəmiyyətini açıqladı: “Bütün dünya erməni vəhşiliyini görəcək. Bu, həqiqətdir və bunu hər kəs bilməlidir: “Ermənistan özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir. Ancaq bunu etməklə ola bilsin ki, indiki Ermənistan rəhbərliyi - o vəhşilərin, vandalların, qaniçənlərin günahlarını bir qədər yumuş ola bilər. Bunu etməsə, məncə, Ermənistan özü heç vaxt ayağa dura bilməyəcək. Gərək, ilk növbədə, Ermənistan özü bu faciəni, bu cinayəti, hərbi cinayətini tanısın.”

“Soydaşlarımızın qayıdış ünvanlarının sayının artması hər birimizi sevindirir, qürurlandırır. Doğma yurd-yuvasına qayıdan soydaşlarımız bu fikri dönə-dönə qeyd etdilər ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti, qətiyyəti sayəsində yenilməz, məğrur xalq olduğumuzu dünyaya nümayiş etdirdik. Bu torpaqlar bizimdir və burada əbədi olacağıq. Qeyd edək ki, Birinci Qayıdış Proqramının başa çatacağı 2026-cı ilədək 140 min keçmiş məcburi köçkünün doğma yurd-yuvasına qayıdışı əsas hədəflər sırasındadır. Bu il Xankəndi ilə yanaşı, Cəbrayıl, Kəlbəcər şəhərlərinə də qayıdış nəzərdə tutulub. Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı belə qüdrətli, sözünə sahib, qalib ölkənin vətəndaşı olduğu üçün qürur duyur”.
Oxşar xəbərlər