Nəsimidə ümumrayon iməciliyi keçirildi

Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Nizami Mayılov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Vətənpərvər ziyalımız Nizami Mayılov Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan 44 günlük haqq savaşında ordu-xalq, xalq-ordu birliyini əsas tutaraq əsgər və zabitlərimizə yardımlarını göstərmişdir.
Bakıxanov küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişməsində yerləşən parklarda cari təmir işləri aparılıb
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq – quruculuq işləri çərçivəsində Nəsimi rayonunda binaların, yolların, həyətlərin, parkların, yol boyu istinad divarlarının, səkilərin, sakinlərin ümumi istifadəsində olan yerlərin yenidənqurulması, əsaslı və cari təmir-bərpa işləri davam etdirilir.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbirinin Azərbaycanda keçirilməsi və Bakı şəhərinə çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi ilə əlaqədar, mərkəzi küçə və prospektlərdə təmizlik, abadlıq işlərinin və şəhərin ümümi görünüşünə xələl gətirən binaların fasadlarında, eyni zamanda müxtəlif ünvanlarda istinad divarlarının, hasarların təmir-bərpası işlərinin daha da intensiv şəkildə aparılması davam etdirilir.
Nəsimi rayonu Bakıxanov küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişməsində yerləşən parkda cari təmir işləri aparılıb. Parkda yararsız vəziyyətdə olan tamet və badürlar bərpa edilib, eyni zamanda binaların eyvanlarında məhəccərlər rənglənərək fasadlarda səliqə səhman işləri görülmüşdür.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayonun ayrı-ayrı ünvanlarında abadlıq, quruculuq və təmir işləri davam etdirilir.
Nəsimidə ümumrayon iməciliyi keçirildi
Bakı şəhərində müxtəlif tədbirlərin keçirilməsi, çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi ilə əlaqədar, insanların kütləvi şəkildə istirahət edəcəyi parklarda, küçə və prospektlərdə təmizlik və abadlıq işlərinin görülməsi ilə bağlı tədbirlər keçirilir.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbirinin Azərbaycanda keçirilməsinə hazırlıq və Bakı şəhərinə çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi ilə əlaqədar, mərkəzi küçə və prospektlərdə təmizlik və abadlıq işlərinin daha da intensiv şəkildə aparılması davam etdirilir.
Eyni zamanda rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarının daha da genişləndirilməsi, qulluq göstərilməsi, rayonun ekoloji tarazlığını bərpa edilməsi, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissinin təbliğ olunması üçün mütəmadi işlər aparılır.
Belə ki, rayon ərazisində növbəti iməcilik keçirildi. Küçə və propektlərdə dezinfeksiya və sanitar təmizlik işləri aparıldı. Keçirilən iməcilikdə rayonun kommunal xidmətləri tərəfindən təmizlik işləri aparılmış, parklarda, prospekt və küçələrində, dayanacaqlarda bardürlər, işıq dirəkləri, məhəccərlər, məişət tullantıları konteynerlərinin ətrafı yuyulmuşdur.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun ayrı-ayrı ünvanlarında təmizlik, abadlıq, quruculuq və yenidənqurma işləri davam edir.