Ağdam Rayon İcra Hakimiyyətində şəhid ailələrinə xüsusi diqqət göstərilir

Ağdamda “City Hotel Ağdam”ın rəhbərliyi ilə görüş keçirilib
Ağdam Rayon Heydər Əliyev Mərkəzində “City Hotel Ağdam”ın rəhbərliyi ilə görüş keçirilib. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Görüş zamanı Qarabağın iqtisadi inkişafına dəstək çərçivəsində yeni əməkdaşlıq əlaqələrinin qurulması ilə bağlı fikir mübadiləsi aparılmışdır.
2022-ci ildə itkin düşmüş hərbi qulluqçu Məmmədov Fərid Əjdər oğlunun Ağdamda dəfn mərasimi baş tutub
2022-cü ildə itkin düşmüş hərbi qulluqçu Məmmədov Fərid Əjdər oğlunun Ağdamda dəfn mərasimi baş tutub. İlk öncə Ağdam Dövlət Dram Teatrının qarşısında hərbi orkestrin müşayiəti ilə vida mərasimi keçirilib. Mərasimdə hərbi qulluqçunun ailə üzvləri, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Cənazə namazından sonra hərbi qulluqçu Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib, ruhuna dualar oxunub, məzarı üstünə əklil və gül dəstələri düzülüb. Qeyd edək ki, Məmmədov Fərid Əjdər oğlu 23.05.2003-cü il tarixdə Ağdam rayonunun Orta Qərvənd kəndində anadan olub. 03.03.2022-ci il tarixdə hərbi xidmətdə olarkən Laçın rayonunun dağlıq ərazisində itkin düşmüşdür.