Malik İsaqov: Xalq-Lider-Ordu birliyi sarsılmazdır

Son zəng münasibətilə Qubadlı rayonunda tədbirlər keçirildi
Son zəng münasibəti ilə Qubadlı rayonunun bütün ümumtəhsil məktəblərində tədbirlər keçirildi. Rayonun İsa Məmmədov adına Aşağı Mollu və Çingiz Quliyev adına Çardaxlı kənd tam orta məktəbində keçirilən tədbirlərdə Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Şərqi Zəngəzur Regional Gənclər və İdman idarəsinin rəisi Natiq Abbasov,Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Qubadlı Rayon Sektorunun müdiri Müşfiq Quliyev, Şəhid ailələri və Qazilər, rayonun yüksək nəticələr göstərmiş İdimançıları, məktəblərin şagird və müəllim kollektivləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbir açıq elan edildikdən sonra çıxış edən Qubadlı rayon icra Hakimiyyətinin başçısı Malik İsaqov son zəng günü münasibətilə bütün ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivlərini təbrik etdi. Məzunlara yeni başlayacaqları həyatda uğurlar arzulayan başçı vurğuladı ki, onların cəmiyyətdə layiqli vətəndaş kimi formalaşması, bilikli və bacarıqlı mütəxəssis kimi yetişmələri hər birimizin ən böyük arzusudur.Ulu Öndər Heydər Əliyevin dediyi kimi təhsil hər bir xalqın gələcəyidir. Bu mənada elm, təhsil hər bir ölkənin inkişafının əsasını təşkil edir. Ulu Öndər Heydər Əliyevin təhsil quruculuğu sahəsində başladığı islahatlar bu gün Ulu Öndərin layiqli davamçısı, Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, təhsilin davamlı inkişafına yönələn əsaslı tədbirlər həyata keçirilir. Ölkəmizdə təhsilin inkişafı Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Cənab Prezidentin rəhbərliyi ilə hər zaman təhsillə bağlı islahatlar aparılıb, müvafiq dövlət proqramları həyata keçirilib. Bu proqramlar əsasında məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, zəruri avadanlıqlarla təchiz olunması istiqamətində ciddi addımlar atılıb.Natiq bildirdi ki, ölkə Prezidentinin diqqət və qayğısı nəticəsində rayonda təhsilin infrastrukturu yaxşılaşıb, son illərdə 17 yeni məktəb binası istifadəyə verilib, digər məktəblər isə əsaslı təmir edilib.Həmçinin bildirildi ki, ötən il rayon ümumtəhsil məktəblərini bitirən 711 nəfər məzundan 582 nəfəri ali məktəblərə sənəd vermiş, onlardan 464 nəfəri Ali məktəblərə qəbul olmuşdur.62 nəfər 500-600 arası, 16 nəfər isə 600-700 arası bal toplamışdır.
RİH başçısı Malik İsaqov həmçinin15 iyun Milli Qurtuluş günü münasibətilə rayon ictimaiyyətinitəbrik etdi və Azərbaycanın müstəqillik tarixinin ilk illərində cərəyan edən ictimai-siyasi proseslər haqqında danışaraq, o zamankı rəhbərlərin səriştəsizliyi və naşılığı üzündən dövlət müstəqilliyimizin təhlükə ilə qarşılaşdığını qeyd etdilər. Bildirildi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişi ölkəni parçalanmaqdan xilas etdi. Suverenliyin itirilməsinə aparan bütün təhlükələr aradan qaldırıldı. Tarixi əhəmiyyətli beynəlxalq layihələr həyata keçirilərək Azərbaycanın inkişafının təməli qoyuldu.
Qeyd olundu ki, hazırda Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir. Bildirildi ki, 44 günlük Vətən müharibəsiərzində Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində torpaqlarımız işğaldan azad edildi.Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi.
"Bu il sentyabrın 19-20-də keçirilmiş birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi".
Sonda məzunların və şagirdlərin ifasında rəqslər nümayiş olundu, şeirlər səsləndi, mahnılar ifa olundu.
Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov - Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 106 ili tamam olur. 1918-ci il iyunun 26-da müsəlman Şərqində ilk demokratik cümhuriyyət quran Azərbaycan müstəqil ordusunun yaradılması haqqında qərar verdi. Bu illər ərzində Silahlı Qüvvələrimiz bir çox sınaqlardan keçdi, lakin 2020-ci il sentyabrın 27-də başlanan II Qarabağ Müharibəsi ordumuzun əsl gücünü, imkanlarını, peşəkarlıq səviyyəsini ortaya qoydu. Bu gün qalib ordumuz müstəqilliyimizin, suverenliyimizin əsas təminatıdır.
Hər bir dövlətin daxili siyasətində ordu quruculuğu ən əsas sahələrdən biridir. Hələ 1969-cu ildə Heydər Əliyev 1-ci hakimiyyəti dövründə bu sahənin inkişaf etdirilməsi üçün mühüm addımlar atmış, 1971-ci il iyunun 20-də C. Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi təşkil etmişdir. Ulu öndər azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində, eləcə də SSRİ-nin digər hərbi məktəblərində təhsil alması üçün şərait yaratmışdır. C.Naxçıvanski adına Hərbi Məktəbdə yetişən zabit kadrlarımız istər Birinci, istərsə də İkinci Qarabağ döyüşlərində böyük qəhrəmanlıq göstərmişlər. 1993-cü ildə hakimiyyətə gəlmiş Ulu öndər bütün sahələr kimi, ordu quruculuğuna da diqqət və qayğısını artırmışdır. Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamışdır.
Ulu öndər Heydər Əliyevin ordu quruculuğu ilə bağlı başladığı işlər onun siyasi kursunun layiqli davamçısı Ali Baş Komandanımız tərəfindən uğurla davam etdirilir. 2003-cü ildən dövlətimizə rəhbərlik edən Prezident İlham Əliyev ordu quruculuğuna xüsusi diqqətlə yanaşmışdır. Ötən bir neçə illə müqayisədə 2003-cü ildə Azərbaycanın hərbi qüvvəsinə dövlət büdcəsindən xərclənən xərc 115 milyon manat, 2010-cu ildə 2,2 milyard manat olduğu halda, 2020-ci ildə 3 milyard 853,6 milyon manat təşkil etmişdir. 2030-cu ilədək hərbi büdcə xərclərinin 5 milyard manata çatdırılması nəzərdə tutulur. Müstəqil Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev silahlı qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə böyük diqqət ayırmışdır.
30 il ərzində aparılan nəticəsiz danışıqlar müddətində ən böyük diqqət ordu quruculuğu prosesinə, Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsinə, peşəkar kadr potensialının formalaşdırılmasına, müasir hərbi texnikaların alınmasına, struktur islahatlarına yönəldildi. Vətəninə, dövlətinə bağlılığı ilə seçilən çox güclü Silahlı Qüvvələr formalaşdırıldı. Bu prosesin məntiqi sonluğunu bütün dünya 44 günlük Vətən müharibəsində gördü. 30 il ərzində qurulan müdafiə xətləri çox qısa zamanda aşılaraq düşmənə sarsıdıcı zərbələr endirildi. Hərbi baxımdan ən çətin sayılan dağlıq ərazilərdə peşəkar hərbi əməliyyatlar təşkil olundu. Yüzlərlə yaşayış məntəqəmiz bir-birinin ardınca işğaldan azad edilərək Azərbaycanın, Qarabağın incisi sayılan Şuşaya yol açıldı. Qəhrəman hərbçilərimizin həyata keçirdiyi Şuşanın azad edilməsi əməliyyatı isə dünyanın müxtəlif hərb məktəblərinin dərsliklərinə salınıb, tədris edilir. Vətən müharibəsinin ilk saatlarından son anına qədər Silahlı Qüvvələrimizin heç bir mənsubu döyüş mövqelərindən bir addım da geri çəkilmədilər. İkinci Qarabağ müharibəsi zamanı şanlı Ordumuzun dillərə dastan olan Zəfər salnaməsi xalqımızın Silahlı Qüvvələrinə, Ali Baş Komandana inam və sevgisini daha da artırdı.
Bu gün Azərbaycan ordusunun gücü və peşəkarlığı onun beynəlxalq reytinqlərdəki mövqeyində də əksini tapır. Hərbi sahədə ixtisaslaşmış, dünyanın ən nüfuzlu hərbi analitik mərkəzlərindən sayılan “Global Firepower” portalının 2023-cü il üçün reytinq siyahısına əsasən, Azərbaycan hərbi gücünə görə dünya miqyasında 57-ci sırada, Cənubi Qafqazda isə birinci yerdədir. Belə ki, Gürcüstan reytinqdə 85-ci, Ermənistan 94-cüdür. Siyahının tərtib olunması zamanı orduların silah sənayesindəki texnoloji inkişafı, maliyyə vəziyyəti, maddi-texniki imkanları və çevikliyi kimi cəhətlər nəzərə alınır.
Təbii ki, Silahlı Qüvvələrimizin peşəkarlıq səviyyəsinin artırılmasında qardaş Türkiyənin özünəməxsus rolu var. Bu gün Azərbaycanı ordusunun maddi-texniki bazasının formalaşdırılmasında Türkiyə müdafiə sənayesinin imkanlarından geniş istifadə edilir. Dünyanın ən güclü orduları sırasında 10-cu, NATO-da isə 2-ci olan Türkiyə Silahlı Qüvvələri ilə birgə çoxsaylı hərbi təlimlər keçirilir, təcrübə mübadiləsi aparılır. Tək bir faktı qeyd etmək kifayətdir. Bu il iki ölkənin ordularının iştirakı ilə 16 hərbi təlimin keçirilməsi planlaşdırılır. Hazırda Azərbaycan Silahlı Qüvvələri Türkiyə ordusunun təcrübəsi və modeli əsasında yenidən qurulur. Yeni komando birlikləri yaradılır, xüsusi təyinatlı birləşmələrin sayı artırılır, institusional və struktur islahatları dərinləşdirilir. Dünyanın ən müasir hərb sənayesinə malik olan strateji müttəfiqimiz İsraillə müdafiə sahəsində əlaqələr daha da dərinləşdirilir, ordumuzun ehtiyacı olan və müasir çağırışlara cavab verən ən müasir hərbi texnikaların alışı həyata keçirilir. Vətən müharibəsində mənəvi və siyasi dəstəyini əsirgəməyən müsəlman dünyasında yeganə nüvə dövləti adını qazanmış Pakistanla da hərbi-texniki əməkdaşlıq imkanları genişləndirilir.
Ali Baş Komandan, Prezident İlham Əliyevin də Şuşada ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə bağlı xalqa müraciətində qeyd etdiyi kimi, biz ordu quruculuğu işində sistemli fəaliyyət göstərirdik və bu gün də göstəririk: “İkinci Qarabağ müharibəsindən sonra biz dayanmadıq, əksinə, irəliyə gedirik. Biz daim hazır olmalıyıq. Təhdidlər artır, təhlükələr artır və biz hər bir təhlükəni dəf etməyə qadir olmalıyıq. Bu gün də belədir. Azərbaycan Ordusu dünyanın ən güclü ordularının sırasındadır - həm təchizat, həm döyüş qabiliyyəti nöqteyi-nəzərdən. Bizim ordumuz döyüşüb, bizim ordumuz öz gücünü paradda yox, döyüş meydanında göstərib. Ordu quruculuğu bu gün lazımi səviyyədə təmin edilir və bundan sonra da təmin ediləcəkdir”. Bəli, hər bir müstəqil dövlətin əsas dayağı güclü ordusu, Silahlı Qüvvələridir. Bu gün Azərbaycan sərhədləri etibarlı əllərdədir, dövlətimizə qarşı yarana biləcək istənilən təhdidə layiqli cavab verməyə qadir güclü ordumuz var. Ən əsası isə, cəmiyyətimizdə hökm sürən xalq-lider-ordu birliyi sarsılmazdır. Bu birlik Azərbaycan əsgərinin ən böyük inamı və dayağıdır.