Dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adam

11:19 5.06.2024 69
Dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adam


Gecə-gündüz bilmədən, bayram-istirahət keçirmədən, harda olmasından asılı olamayaq hər an, hər dəqiqə insanların sağlamlığının keşiyində duran, onların köməyinə tələsən həkimlər hər bir hörmət və diqqətə layiqdir. Ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən hər il iyunun 17-si ölkəmizdə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Ulu Öndərin bu sahəyə ayırdığı diqqət sahəsində Azərbaycan səhiyyəsi çox böyük inkişaf yolu keçib. Tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər onu dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb. Tibb müəssisələrinin təmiri və bərpası, regionlarda müasir tipli xəstəxanaların tikilərək istifadəyə verilməsi, tibbi sığorta sisteminin tətbiq olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir. Bu gün biz qarşıdan gələn 17 iyun - Tibb işçilərinin peşə bayramı günü münasibəti ilə insanların sağlamlığının keşiyində gecə və gündüz dayanmış bütün tibb işçilərini təbrik edir, onlara şərəfli və məsulyyətli işlərində böyük müvəffəqiyyətlər arzulayırıq. Ümid yeri olmaq, xəstələrə şəfa vermək xeyirxah olduğu qədər də gərəkli və müqəddəs işdir. Bu şərəfli işdə əliniz, qolunuz yorulmasın.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası baş həkimi Sahib Hüseynov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Sahib Hüseynov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Sahib Hüseynov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Vətəndaşlara göstərilən tibbi xidmət qeydiyyat işçilərinin fəaliyyətindən başlayır.

Dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adam

Respublika Klinik Xəstəxanasının gündəlik fəaliyyətində onların rolu danılmaz, məsuliyyətləri böyükdür.
Belə ki, qeydiyyat işçiləri gün ərzində orta hesabla 1 900-2 000 pasiyentə 10 000 ambulator tibbi xidmət yönləndirməsi edirlər.

Dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adam


May ayı ərzində Respublika Klinik Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə ümumilikdə 3 280 müraciət daxil olub.
Müraciət edən vətəndaşlardan 629 nəfərə stasionar, 2 651 nəfərə isə ambulator xidmət göstərilib.
Dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adam
Oxşar xəbərlər