Təranə xanım Rəcəbli bütün Sumqayıtda işini dəqiq bilən, savadlı, tələbkar, yüksək təşkilatçılıq qabiliyyətinə malik olan peşəkar tibb işçisidir

Hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Sumqayıt şəhər 1 saylı Doğum Evinin baş həkimi Təranə Rəcəblidir.
Sumqayıt şəhər 1 saylı Doğum Evinin baş həkimi Təranə Rəcəbli qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Təranə Rəcəblinin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Təranə Rəcəbli səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə səhiyyə sahəsində həyata keçirilən tədbirlər Azərbaycanda tibbi xidmətin daha da təkmilləşdirilməsinə geniş imkanlar açıb. Ölkəmizdə səhiyyə sisteminin yenidən qurulması, əhalinin sağlamlığının daha yaxşı təşkili, bu sahədə qabaqcıl texnologiyaların tətbiqi və yeni kadr potensialının hazırlanmasını özündə əks etdirən dövlət proqramları tibbi xidmətin səviyyəsini də yüksəldib. Bu gün respublikamızın bütün bölgələrində tibb ocaqları müasir səviyyədə təmir olunur, onların maddi-texniki bazası ən son texnologiyalara əsaslanan avadanlıqlarla zənginləşdirilir. Son illərdə əsaslı təmir olunan xəstəxanalar arasında Sumqayıtın tibb müəssisləri də var.
Bu gün baş həkim Təranə Rəcəblinin rəhbərlik etdiyi Sumqayıt şəhər 1 saylı Doğum Evinin fəaliyyətini həqiqətən də təqdirəlayiq hesab etmək olar. Əldə etdiyimiz məlumatlarda da təsdiq olunur ki, Təranə xanım Rəcəbli bütün Sumqayıtda işini dəqiq bilən, savadlı, tələbkar, yüksək təşkilatçılıq qabiliyyətinə malik olan peşəkar tibb işçisi kimi tanınır. Qeyd edək ki, hazırda Sumqayıt şəhər 1 saylı Doğum Evində 75 çarpayılıq doğum şöbəsi, ginekologiya şöbəsi, reanimasiya şöbəsi və qadın məsləhətxanası öz pasiyentlərinə yüksək səviyyədə tibbi xidmətlər göstərməkdədirlər. Hamilə qadınların müayinə və müalicəsinə diqqətin artırılması, müasir laborator müayinələrin tətbiq olunması, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında müalicə planının işlənib hazırlanması və digər xüsusi tədbirlər isə, bu səhiyyə ocağında xidmət səviyyəsinin daim yüksəlməsini təmin edir.
Doğum Evində ümumi havalandırma, mərkəzləşdirilmiş oksigen qazının veriliş sistemi yaradılıb ki, bunların da köməyi ilə istənilən anda hər bir otağı intensiv terapiya palatasına çevirmək mümkündür. Doğum evində cərrahiyyə, və reanimasiya şöbələri da fəaliyyət göstərir. Cərrahiyyə otaqları yüksək keyfiyyətli avadanlıqla, elektron idarə olunan stollarla, narkoz aparatları ilə təchiz olunub. Reanimasiya şöbəsində xaricdə istehsal olunan yüksək səviyyəli süni tənəffüs aparatları və xəstəyə
təcili yardım göstərmək üçün digər cihazlar da var. Tibb ocağında yeni doğulmuşların reanimasiya şöbəsi,intensiv terapiya palatası da yaradılıb. Az çəkili, kritik və yarımçıq doğulmuş uşaqlara səhiyyə ocağında qulluq göstərmək üçün burada hər bir şərait yaradılıb. Doğum evinin mama-ginekoloji şöbəsində doğuş zalı, cərrahiyyə otağı və neonatoloji bölmə yerləşir. Neonatoloji bölmə ən son texnoloji cihazlarla təchiz edilib. Doğum Evindəki laboratoriylar da ən son texnoloji avadanlıqlarla təhciz olunub.
Gecə-gündüz bilmədən, bayram-istirahət keçirmədən, harda olmasından asılı olamayaq hər an, hər dəqiqə insanların sağlamlığının keşiyində duran, onların köməyinə tələsən həkimlər hər bir hörmət və diqqətə layiqdir. Ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən hər il iyunun 17-si ölkəmizdə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Ulu Öndərin bu sahəyə ayırdığı diqqət sahəsində Azərbaycan səhiyyəsi çox böyük inkişaf yolu keçib. Tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər onu dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb. Tibb müəssisələrinin təmiri və bərpası, regionlarda müasir tipli xəstəxanaların tikilərək istifadəyə verilməsi, tibbi sığorta sisteminin tətbiq olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir. Bu gün biz qarşıdan gələn 17 iyun - Tibb işçilərinin peşə bayramı günü münasibəti ilə insanların sağlamlığının keşiyində gecə və gündüz dayanmış bütün tibb işçilərini təbrik edir, onlara şərəfli və məsulyyətli işlərində böyük müvəffəqiyyətlər arzulayırıq. Ümid yeri olmaq, xəstələrə şəfa vermək xeyirxah olduğu qədər də gərəkli və müqəddəs işdir. Bu şərəfli işdə əliniz, qolunuz yorulmasın.