Qara Allahverdiyev: Vətəndaş məmnunluğunun artırılması əsas çağırışlardandır


MİSSİYAMIZ
“Ümumbəşəri dəyərlər çərçivəsində yaradıcı və tənqidi düşüncə, innovasiya və liderliyi inkişaf etdirərək ölkənin ən yaxşı təhsil ənənələrinə və Avropanın təhsil sistemi tələblərinə əsaslanaraq, iqtisadiyyat, mühəndis-texnoloji və sosial bilikləri birləşdirərək qabaqcıl fundamental və tətbiqi tədqiqatlar, innovasiya imkanları və beynəlxalq elm-təhsil məkanına inteqrasiya olunmaqla Azərbaycanın inkişafına töhfə vermək”.
VİZYONUMUZ
“Universitetimizi təhsil, tədqiqat və innovasiyalar, cəmiyyətə və ətraf mühitə gətirdiyimiz faydalara görə Azərbaycanda fəaliyyət göstərən rəqabətqabiliyyətli aparıcı ali təhsil müəssisələri sırasına çıxarmaq”.
Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Azərbaycan Kooperasiya Universitetinin rektorun müşaviri Qara Allahverdiyev barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Azərbaycan Kooperasiya Universitetinin rektorun müşaviri Qara Allahverdiyev Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
Qara Allahverdiyev Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
Azərbaycan Kooperasiya Universitetinin rektorun müşaviri Qara Allahverdiyev - “Hər bir ölkənin iqtisadi inkişaf strategiyası gələcəklə bağlı aydın təsəvvürlərin yaranmasında əsas yer tutur. Bu gün Azərbaycanın yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan kimi qəbul olunmasında dövlətimizin uğurlu, düşünülmüş və gələcəyə hesablanmış siyasəti əhəmiyyətli rol oynayır. Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi tanınır və nüfuz qazanır. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində iqtisadiyyatın inkişafında neft amilinə verilən önəm bugünkü uğurlara geniş yol açdı. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının icrası nəticəsində iqtisadi və maliyyə imkanlarımız genişləndi ki, bu da öz növbəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımların davamlılığını təmin edir. İqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanması hər bir Azərbaycan vətəndaşında böyük rəğbət hissi yaradır. Ümummilli Lider Heydər Əliyev hər zaman bu çağırışı edirdi ki, neft Azərbaycanın ən böyük sərvəti olub xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur. Azərbaycanın bu gün sosial dövlət kimi nüfuz qazanmasında yaradılan möhkəm təməl əhəmiyyətli rol oynayır.”
Son 20 ildə bu xəttin Prezident İlham Əliyev tərəfində uğurla davam etdirilməsi sosial-iqtisadi göstəricələrdə aydın ifadəsini tapır: “Bu fikir hər zaman qeyd edilir ki, neftlə zəngin çox ölkələr var. Amma bu resurslar heç də onlara uğur gətirmir. Əhali arasında təbəqələşmə prosesi gedir. Lakin Azərbaycanın iqtisadi inkişaf strategiyasının dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsasən müəyyənləşdirməsi bu kimi problemləri yaşamamasına səbəb oldu. Neft gəlirlərinin ədalət prinsipi əsasında bölünməsi əhalinin sosial müdafiəsinə yönələn addımların davamlılığını şərtləndirir. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya əsas hədəf kimi qoymaqla yanaşı, belə bir çağırışı da etmişdir ki, iqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Əməkhaqlarının, pensiyaların ildə ən azı iki dəfə artırılması, yoxsulluq kimi sosial bəlanın aradan qaldırılması qarşıya əsas hədəf kimi qoyulur.”
“Minimum əməkhaqqı 38 dəfə artırılaraq 345 manata, minimum pensiya 14 dəfə artırılaraq 280 manata çatdırılıb. Xüsusilə son beş ildə 4 milyon vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunaraq minimum pensiya 2,5 dəfə, minimum əməkhaqqı 2,7 dəfə, sosial müavinət və təqaüd ödənişləri 5 dəfə artıb. Prezident İlham Əliyev şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinə daim xüsusi diqqət və qayğı göstərir. Bunun tərkib hissəsi olaraq 2007-ci ildən onlar üçün Prezidentin aylıq təqaüdü təyin edilib və ötən dövrdə bu təqaüdlər artırılıb. Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminat proqramı uğurla davam etdirilir.”
Prezident İlham Əliyevin sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin məqsədi də məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərdə şəffaflığın artırılması, vətəndaş məmnunluğunun təmin edilməsidir. DOST Agentliyi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsünün nəticəsidir. Cənab İlham Əliyev daim çıxışlarında bildirir ki, siyasətimiz DOST mərkəzlərində öz əksini tapır – islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək. Qeyd edək ki, 2019-2025-ci illərdə Bakıda və ölkəmizin regionlarında 31 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub.”
Dövlət siyasətində sosial sahənin inkişafına və həssas təbəqənin sosial məsələlərinin həllinə xüsusi diqqət yetirilir: “Qeyd etdiyimiz kimi, bu istiqamətdə dövlət səviyyəsində icra olunan layihələrlə yanaşı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri də xüsusi əhəmiyyəti ilə seçilir. Bu baxımdan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin yaradılmasını da qeyd etmək olar. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəzin əsas məqsədi şəhid ailələrinin üzvləri, əlilliyi olan şəxslər, valideynini itirmiş uşaqlar, aztəminatlı ailələrin övladları sırasından istedadlı şəxslərin yaradıcılıq potensialının inkişaf etdirilməsidir. Noyabrın 15-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin “DOST EVİ” filialının açılışında iştirak etdilər. “DOST EVİ” bölgədə yeni iş yerlərinin, o cümlədən əlilliyi olanlar, həmçinin digər həssas qrupların məşğulluq və gəlir imkanlarının artırılmasına, milli sənətkarlığın inkişafına və təbliğinə, bölgədə turizm imkanlarının genişləndirilməsinə, ekoloji təmiz məhsulların satışına, keyfiyyətli iaşə xidmətlərinin göstərilməsinə dəstək verəcək. Göründüyü kimi, atılan hər bir addım vətəndaş məmnunluğunun təmin edilməsinə, insanların yüksək rifah şəraitində yaşayışına xidmət edir. Ölkəmizdə insan amilinə verilən dəyər beynəlxalq səviyyədə yüksək dəyərləndirilir.”