Babək Heydərov: Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizdə digər sahələrlə yanaşı təhsil sahəsinin də inkişafı üçün möhkəm təməl yaradılmışdır


Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Qax Rayon təhsil şöbəsinin müdiri vəzifəsini icra edən Babək Heydərov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Babək Heydərov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
Babək Heydərov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
Qax Rayon təhsil şöbəsinin müdiri vəzifəsini icra edən Babək Heydərov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Babək Heydərovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Babək Heydərov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Qax Rayon təhsil şöbəsinin müdiri vəzifəsini icra edən Babək Heydərova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Qax Rayon təhsil şöbəsinin müdiri vəzifəsini icra edən Babək Heydərov - 30 il öncə bu gün – 3 oktyabr 1993-cü il tarixi Azərbaycan xalqının taleyində dönüş nöqtəsi oldu. Heydər Əliyevin xalqın böyük etimadı əsasında Prezident seçilməsi Azərbaycanın tənəzzüldən, xaos və anarxiyadan xilas olaraq intibah və tərəqqi yoluna qədəm qoymasını mümkün etdi. Yüksək vətənpərvərlik və milli təəssübkeşlik hissinə malik olan tarixi şəxsiyyət - Ümummilli Lider kimi Heydər Əliyev xalqın dəstəyinə arxalanaraq müstəqil siyasət həyata keçirməklə Azərbaycana tarixi nailiyyətlər qazandırdı.
Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər sabitlik və tərəqqi dönəmi kimi yadda qalmışdır. Ona görə də Azərbaycan xalqı Ulu Öndərin tarixi və misilsiz xidmətlərini yüksək qiymətləndirir və Onun əbədiyaşar ideyalarını dərindən mənimsəyib.
Bu gün Heydər Əliyev ideyaları əsasında davamlı nailiyyətlər qazanan respublikamızın ən böyük uğurlarından biri dayanıqlı iqtisadi inkişafın, ictimai-siyasi sabitliyin təmin olunması, xalq-iqtidar birliyinin və sarsılmaz milli həmrəyliyin mövcud olması, nəhayət Onun layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi və tarixi ədalətin bərpa olunmasıdır. Artıq Azərbaycan Heydər Əliyevin görmək istədiyi, arzuladığı kimi qüdrətli və qalibdir!
Xüsusi qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi həm dövlətçilik və müstəqillik tariximizin, həm də Heydər Əliyev irsinin dərindən öyrənilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Çünki Onun zəngin dövlətçilik irsi əbədiyaşar sərvət kimi hər bir azərbaycanlının qürur mənbəyini təşkil edir. Ən əsası, müstəqil, qüdrətli və qalib Azərbaycan Heydər Əliyev yolu ilə parlaq nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir, milli hədəfləri reallaşdıraraq gələcəyə doğru inamla addımlayır.