Natiq Ağayev vətəndaşların növbəti qəbulunu keçirib

14:06 9.10.2023 100
Natiq Ağayev vətəndaşların növbəti qəbulunu keçirib

Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Natiq Ağayevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Natiq Ağayev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların növbəti qəbulunu keçirib
Natiq Ağayev vətəndaşların növbəti qəbulunu keçirib

10 oktyabr 2023-cü il tarixdə rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların növbəti qəbulu keçirildi.

Qəbulda rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayev, aparatın şöbə müdirləri, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak edib.

Vətəndaşların müraciətləri dinlənilmiş və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunmuş, İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıq verilmiş, digər mövzularla bağlı isə aidiyyəti qurumların yerli nümayəndələrinə tapşırıq verilmişdir.

Ümumilikdə qəbul zamanı 30-a yaxın rayon sakinlərinin müraciətinə baxılmış, şəhid ailələri, qazilər və müharibə iştirakçıları isə növbədənkənar qəbul edilmişdir.

Natiq Ağayev vətəndaşların növbəti qəbulunu keçirib
Natiq Ağayev vətəndaşların növbəti qəbulunu keçirib
Natiq Ağayev vətəndaşların növbəti qəbulunu keçirib
Natiq Ağayev vətəndaşların növbəti qəbulunu keçirib
Natiq Ağayev vətəndaşların növbəti qəbulunu keçirib
Natiq Ağayev vətəndaşların növbəti qəbulunu keçirib
Natiq Ağayev vətəndaşların növbəti qəbulunu keçirib
Natiq Ağayev vətəndaşların növbəti qəbulunu keçirib

Vətən müharibəsi şəhidi Kənan Qafarovun üçüncü ildönümü məzarı önündə qeyd olundu

Natiq Ağayev vətəndaşların növbəti qəbulunu keçirib

Yalman kəndində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Qafarov Kənan Siyaqif oğlunun üçüncü ildönümü məzarı önündə qeyd olundu.

Mərasimdə iştirak edən rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayev, YAP Göyçay rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və kənd sakinləri şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.

Şəhidin ildönümü mərasimində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhid Kənan Qafarovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.

Sonda məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, şəhid Qafarov Kənan Siyaqif oğlu 06.08.1996-cı il tarixdə Göyçay rayonunun Yalman kəndində anadan olmuşdur. Həqiqi hərbi xidmətini bitirdikdən sonra 24.02.2017-ci il tarixdə N saylı hərbi hissədə Gizir vəzifəsində xidmətə başlamışdır. 08 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Oxşar xəbərlər