Əkrəm Babayev Azərbaycan dövlətinə sədaqəti ilə tanınır

09:55 3.10.2023 83
Əkrəm Babayev Azərbaycan dövlətinə sədaqəti ilə tanınır


Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - İsmayıllı Meşə İdarəsinin rəhbəri Əkrəm Babayev barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

İsmayıllı Meşə İdarəsinin rəhbəri Əkrəm Babayev ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Əkrəm Babayev haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.
Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Əkrəm Babayev Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Əkrəm Babayev Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

İsmayıllı Meşə İdarəsinin rəhbəri Əkrəm Babayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Əkrəm Babayevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Əkrəm Babayev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, İsmayıllı Meşə İdarəsinin rəhbəri Əkrəm Babayevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

“İsmayıllı Meşə İdarəsinin rəhbəri Əkrəm Babayev - 30 il öncə bu gün – 3 oktyabr 1993-cü il tarixi Azərbaycan xalqının taleyində dönüş nöqtəsi oldu. Heydər Əliyevin xalqın böyük etimadı əsasında Prezident seçilməsi Azərbaycanın tənəzzüldən, xaos və anarxiyadan xilas olaraq intibah və tərəqqi yoluna qədəm qoymasını mümkün etdi. Yüksək vətənpərvərlik və milli təəssübkeşlik hissinə malik olan tarixi şəxsiyyət - Ümummilli Lider kimi Heydər Əliyev xalqın dəstəyinə arxalanaraq müstəqil siyasət həyata keçirməklə Azərbaycana tarixi nailiyyətlər qazandırdı.

Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər sabitlik və tərəqqi dönəmi kimi yadda qalmışdır. Ona görə də Azərbaycan xalqı Ulu Öndərin tarixi və misilsiz xidmətlərini yüksək qiymətləndirir və Onun əbədiyaşar ideyalarını dərindən mənimsəyib.
Əkrəm Babayev Azərbaycan dövlətinə sədaqəti ilə tanınır

Bu gün Heydər Əliyev ideyaları əsasında davamlı nailiyyətlər qazanan respublikamızın ən böyük uğurlarından biri dayanıqlı iqtisadi inkişafın, ictimai-siyasi sabitliyin təmin olunması, xalq-iqtidar birliyinin və sarsılmaz milli həmrəyliyin mövcud olması, nəhayət Onun layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi və tarixi ədalətin bərpa olunmasıdır. Artıq Azərbaycan Heydər Əliyevin görmək istədiyi, arzuladığı kimi qüdrətli və qalibdir!

Xüsusi qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi həm dövlətçilik və müstəqillik tariximizin, həm də Heydər Əliyev irsinin dərindən öyrənilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Çünki Onun zəngin dövlətçilik irsi əbədiyaşar sərvət kimi hər bir azərbaycanlının qürur mənbəyini təşkil edir. Ən əsası, müstəqil, qüdrətli və qalib Azərbaycan Heydər Əliyev yolu ilə parlaq nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir, milli hədəfləri reallaşdıraraq gələcəyə doğru inamla addımlayır.
Oxşar xəbərlər