Finlandiya Prezidentinin Azərbaycana səfəri başlayıb

10:07 11.11.2024 19
Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Finlandiya Prezidentini Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və digər rəsmi şəxslər qarşılayıblar.
Oxşar xəbərlər