Bayramovla Mirzoyanın görüş vaxtı açıqlandı

11:34 26.09.2024 39
Bayramovla Mirzoyanın görüş vaxtı açıqlandı


ABŞ Dövlət Departamenti bu gün Nyu-Yorkda dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistanın XİN rəhbərləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında keçiriləcək görüşün saatını açıqlayıb.

Görüş Bakı vaxtı ilə 18:15-də baş tutacaq.

Xatırladaq ki, Azərbaycan və Ermənistanın XİN rəhbərləri BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün ABŞ-də səfərdədirlər.
Oxşar xəbərlər