Sentyabrın 28-də Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı

11:15 16.09.2024 53
Sentyabrın 28-də Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı



24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərk-silah edilərək ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli Bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı. 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin 3-cü ildönümünə həsr olunan təntənəli hərbi paradın keçirilməsi Qələbəmizin möhtəşəm hadisəsinə çevrildi. Məhz buna görə antiterror tədbirləri hər zaman tariximizin qürur səhifəsi olaraq xatırlanacaq. 44 günlük müharibə və lokal antiterror tədbirləri zamanı xalqımız Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin ətrafında sıx birləşdi. Dünyanın hansı guşəsində yaşamasından, statusundan, siyasi mövqeyindən asılı olmayaraq, hər kəs Prezident İlham Əliyevin yanında olduğunu bəyan etdi. Ölkədə fəaliyyət göstərən 23 siyasi partiya da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşlarımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi əmri dəstəklədiyini, onun ətrafında sıx birləşdiyini bəyan etdilər.
Oxşar xəbərlər