Nazirlikdə yüksək vəzifəyə üç yeni təyinat

10:55 7.06.2024 36
Nazirlikdə yüksək vəzifəyə üç yeni təyinat


Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi vəzifəsinə təyinat olub.

Nazirlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, ədliyyə nazirinin müvafiq əmri ilə bu vəzifə Elşad Məmmədliyə tapşırılıb.

Bundan əlavə, qurumun Mətbuat xidmətinin rəisi vəzifəsinin müvəqqəti icrası Ləman Hüseynzadəyə həvalə edilib.

Həmçinin Ədliyyə Nazirliyinin Probasiya xidmətinə rəisi postuna Vüqar Ağayev təyin olunub.
Oxşar xəbərlər