İlham Əliyev Tbilisidə Qəhrəmanlar Memorialını və Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

11:38 6.04.2026 1
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tbilisidə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət ediblər.

Dövlət başçısı abidənin önünə əklil qoyub.

***

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət ediblər.

Qəhrəmanlar Memorialında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısı Memorialın önünə əklil qoyub.

Sonra Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.
Oxşar xəbərlər