İlham Əliyev: "Zayed İnsan Qardaşlığı Mükafatı"nı almaq böyük şərəfdir

17:48 4.02.2026 2
Bu mükafatı almaq böyük şərəfdir.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimatolunma mərasimində çıxışı zamanı deyib.

Dövlət başçıqı qeyd edib ki, Azərbaycan və Ermənistan sülh şəraitində yaşamağı öyrənir:

"Bu xüsusi bir hissdir. Müstəqillikdən sonra biz heç zaman sülh içində yaşamamışıq. ABŞ Prezidenti Donalda Trampa Vaşinqton sammitinin təşkilinə görə təşəkkür edirəm. O, üçtərəfli sammiti 2025-ci ilin avqustun 8-də təşkil etdi və bu, Ermənistan-Azərbaycan arasında sülh sazişinin paraflanması ilə başa çatdı".

Prezident xatırladıb ki, hər iki ölkə 30 ildən artıq müharibə şəraitində olub:

"Altı aydır ki, sülh şəraitində yaşayırıq".
Oxşar xəbərlər