Azərbaycan MN Türkiyəyə başsağlığı verdi - Foto

11:30 12.11.2025 3
Azərbaycan Müdafiə Nazirliyi Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 yük təyyarəsinin qəzaya uğraması nəticəsində şəhid olan hərbçilərin ailələrinə və Türkiyə xalqına başsağlığı verib.

“Bu barədə MN-in sosial şəbəkə hesabında paylaşım edilib.

“Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 yük təyyarəsinin qəzaya uğraması nəticəsində şəhid olan hərbçilərin ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı veririk. Başın sağ olsun, Türkiyə! Sizin acınız, bizim acımızdır! Allah rəhmət eləsin!”, - paylaşımda bildirilib.
Oxşar xəbərlər