TDT-yə üzv ölkələrin müdafiə sənayesinə məsul rəhbərlərinin ikinci iclası Bakıda keçiriləcək

13:25 8.10.2025 10
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin müdafiə sənayesinə məsul rəhbərlərinin ikinci iclası Bakıda keçiriləcək.

Bu barədə Qəbələ Bəyannaməsində məlumat əks olunub.
Sənəddə 2025-ci il iyulun 23-də İstanbulda keçirilən ilk iclasın nəticələrinin dəstəkləndiyi ifadə olunub:

"2026-cı ildə Azərbaycanın paytaxtı Bakı şəhərində ikinci iclasın keçiriləcəyi məmnunluqla qarşılanıb, bu sahədə əməkdaşlığın daha da gücləndirilməsi üçün müvafiq qurumlara tapşırıq verilib".
Oxşar xəbərlər