Azərbaycan XİN Pakistanı Milli Müstəqillik Günü münasibətilə təbrik edib

12:42 14.08.2023 80
Azərbaycan XİN Pakistanı Milli Müstəqillik Günü münasibətilə təbrik edib


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanı Milli Müstəqillik Günü münasibətilə təbrik edib.

Bu barədə XİN-in “X” səhifəsində paylaşım edilib.

“Müstəqillik Günü münasibəti ilə qardaş Pakistan xalqına və hökumətinə ən xoş və ən səmimi arzularımızı çatdırırıq. Biz ikitərəfli əlaqələrimizi, eləcə də strateji tərəfdaşlığımızı genişləndirməyi səbirsizliklə gözləyirik. Müstəqillik Gününüz mübarək!”, - paylaşımda qeyd olunub.
Oxşar xəbərlər