SEPARATİZMƏ SON QOYULMASI

12:47 18.09.2025 54

Vətən müharibəsindəki məğlubiyyətindən sonra kapitulyasiya aktına imza atmağa məcbur olan Ermənistan üçtərəfli Bəyanatın 4-cü bəndində nəzərdə tutulan müddəanı yerinə yetirməkdən boyun qaçırırdı - Qarabağ iqtisadi rayonunda, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə qalan qanunsuz erməni hərbi birləşmələri ərazilərimizi tərk etmirdilər. Azərbaycanın xəbərdarlıqlarına məhəl qoymayan Ermənistan rəhbərliyi isə əksinə, hərbi birləşmələri silahlandırmaqla məşğul idi. Təbii ki, təhlükəsizliyin təminatı, suverenliyimizin tam bərpası baxımından erməni silahlıları torpaqlarımızdan qovulmalı idi.
2023-cü il sentyabrın 19-da Qarabağ bölgəsindəki erməni silahlı qüvvələrinin bir sıra genişmiqyaslı hərbi təxribatlarına və terror hücumlarına cavab olaraq Ali Baş Komandanın əmri ilə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.
44 günlük İkinci Qarabağ müharibəsində öz qüdrətini, gücünü göstərən Azərbaycan Ordusu cəmi 23 saata qanunsuz erməni birləşmələrini darmadağın edərək 18 minlik hərbi qruplaşmanı ağ bayraq qaldırmağa məcbur etdi. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciəti nəzərə alınaraq, sentyabrın 20-də saat 13:00-da antiterror tədbirləri dayandırıldı.
Beynəlxalq humanitar hüquq norma və prinsiplərinə əsasən, Qarabağda yaşayan heç bir erməni mülki əhaliyə zərər yetirmədən, mülki obyekti hədəf almadan, yüksək peşəkarlıqla əməliyyatları icra edən ordumuz dəqiq zərbələrlə düşmənin 1761 hədəfini sıradan çıxarmış, qısa zaman ərzində 90-dan çox döyüş mövqeyini ələ keçirmişdi. Ordumuzun dəqiq zərbələri nəticəsində düşmənin 8 tank, 22 artilleriya sistemi, 14 minaatan, 3 zenit kompleksi, 8 REM vasitələri, 9 hərbi nəqliyyat vasitəsi olmaqla silah və texnikası məhv edildi.
Oxşar xəbərlər