Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə görüşdü

13:47 22.07.2025 19
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla gürcüstanlı həmkarı Maka Botçorişvili arasında görüş keçirilir.

Bununla bağlı XİN-in “X” hesabında paylaşım edilib.

Bildirilib ki, görüş zamanı Azərbaycan - Gürcüstan ikitərəfli münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, regional məsələlər üzrə əməkdaşlıq, həmçinin strateji tərəfdaşlığın dərinləşdirilməsi imkanları müzakirə olunur.
Oxşar xəbərlər