ABŞ nümayəndə heyəti Azərbaycanda səfərdədir

10:29 30.05.2025 13
ABŞ Dövlət Departamentinin Avropa məsələləri üzrə müavin köməkçisi Coş Hak və Avropa üzrə baş müşaviri Vayatt Tölken Azərbaycanda səfərdədir.

“Bu barədə məlumatı ABŞ-nin Azərbaycandakı Səfirliyi sosial şəbəkə hesablarında paylaşıb.

“Nümayəndə heyəti Azərbaycana yüksəksəviyyəli rəsmilərlə görüşmək və ABŞ-nin maraqlarını, iqtisadi rifahı və regional təhlükəsizliyi təşviq edən ikitərəfli dialoqu davam etdirmək məqsədilə səfər edib”, - deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər