Energetika sahəsində uğurlu əməkdaşlıq

14:30 22.05.2025 16
Bu gün Azərbaycan və Macarıstan arasında dərin tarixi köklərə əsaslanan ikitərəfli əlaqələr yüksələn xətlə inkişaf edir. Təsadüfi deyil ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Macarıstan ölkəmizin dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. Ölkələrimiz arasında qarşılıqlı etimada söykənən diplomatik münasibətlər qurulub 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. Bu gün Azərbaycanla Macarıstan arasında siyasi əlaqələr yüksəlməkdədir, ali səviyyədə dialoq mövcuddur. Bakı və Budapeşt bir çox beynəlxalq təşkilatda uğurla təmsil olunmaqla yanaşı, beynəlxalq müstəvidə bir-birlərinə qarşılıqlı dəstək nümayiş etdirirlər.
Macarıstanın bir neçə həftə əvvəl Avropa Sülh Fondundan Ermənistana 10 milyon avroluq yardımı ilə bağlı layihəsinə veto qoyması məhz qeyri-bərabərliyin aradan qaldırılması üçün Azərbaycanın da müzakirə edilən proqrama daxil olunması tələbi ilə əlaqəlidir ki, bu da ölkələrimiz arasında möhkəmlənən dostluq münasibətlərinin daha bir nümunəsidir. Bununla bağlı minnətdarlığını ifadə edən cənab İlham Əliyev bəzi Avropa ölkələrinin yaratdığı anti-Azərbaycan qruplaşmasına qarşı Macarıstanın nümayiş etdirdiyi cəsarətli, eyni zamanda ədalətli mövqeyini xüsusi vurğulamışdır: “Macarıstan bizim Avropa İttifaqındakı bir nömrəli tərəfdaşımızdır və bəzi hallarda Azərbaycana qarşı əsassız ittihamlar irəli sürüləndə birinci bizim müdafiəmizə Macarıstan qalxır. Bilirəm ki, buna görə Macarıstan da bəzi Avropa ölkələri tərəfindən təzyiqlərlə üzləşir… Avropa İttifaqına üzv olan ən azı üç ölkə bu gün Azərbaycana qarşı soyuq müharibə elan edib. Ancaq Macarıstanın prinsipial mövqeyi, haqqın, ədalətin yanında olması, beynəlxalq hüquqa hörmətlə yanaşması onun beynəlxalq nüfuzunu böyük dərəcədə artırır Macarıstan burada təkcə öz dostunu müdafiə etmir, haqqı, ədaləti müdafiə edir.Macarıstan Azərbaycan ilə enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir
Oxşar xəbərlər