Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinə yeni komandan TƏYİN ETDİ

14:05 18.12.2024 31
Azərbaycan Hərbi Dəniz Qüvvələrinə komandan təyin edilib.

Bakupost.az xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmrinə əsasən, bu posta 1-ci dərəcəli kapitan Şahin Məmmədov təyinat alıb.

Xatırladaq ki, Şahin Məmmədovdan əvvəl Hərbi Dəniz Qüvvələrinə vitse-admiral Sübhan Bəkirov komandanlıq edirdi.

Onu da qeyd edək ki, Şahin Məmmədov bundan əvvəl də Hərbi Dəniz Qüvvələrinə rəhbərlik edib. Belə ki, 2014-cü il martın 31-də müdafiə nazirinin əmrinə əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanı vəzifəsinin icrası ona tapşırılıb. Ş.Məmmədov 2016-cı il martın 29-na qədər bu vəzifəni icra edib.

Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinə yeni komandan TƏYİN ETDİ
Oxşar xəbərlər