Ramil Səfərov vəziyyəti ağır olan meyxanaçını ziyarət etdi - FOTO

12:25 7.11.2024 25
Xəbər verdiyimiz kimi, meyxanaçı Xəyyam Əhmədlinin səhhətində problem yaranıb.

Sənət adamları və məşhurlar onu ziyarət edərək dəstək olmağa çalışırlar.
Manset.az məlumatına görə, polkovnik-leytenant Ramil Səfərov Xəyyam Əhmədlinin yanına gedib. Qəhrəman hərbçimiz meyxanaçının vəziyyəti ilə maraqlanıb.

Qeyd edək ki, Ramil Səfərov 2006-cı ildə Macarıstanda həbsdə olduğu zaman Xəyyam Əhmədli ona "Məmləkətim" adlı meyxana həsr etmişdi.

Ramil Səfərov vəziyyəti ağır olan meyxanaçını ziyarət etdi - FOTO
Oxşar xəbərlər