Azad edilən bu kənddə ikimərtəbəli evlər tikiləcək

13:44 14.12.2023 76
Azad edilən bu kənddə ikimərtəbəli evlər tikiləcək


Zəngilan rayonunun Cahangirbəyli kəndində yenidənqurma işləri davam etdirilir.

İqtisadiyyat.az xəbər verir ki, kənd ərazisində yeni fərdi yaşayış evləri inşa ediləcək.

2,3,4 və 5 otaqlı olmaqla 1 və 2 mərtəbəli fərdi yaşayış evləri tikiləcək.

Xatırladaq ki, bu ilin mayın 4-də Zəngilan rayonunun Cahangirbəyli kəndinin təməlqoyma mərasimi olub. Prezident İlham Əliyev kəndin təməlini qoyub.

Kənddə birinci mərhələdə ümumilikdə 242 fərdi evin tikintisi nəzərdə tutulur. Eləcə də fərdi evlərlə bərabər, bloklaşdırılmış üçmərtəbəli binaların inşası da planlaşdırılır.
Oxşar xəbərlər