Avqustun 6-da Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.
" 14 vaqondan ibarət, çəkisi 979 ton olan buğda Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
Qeyd edək ki, indiyədək Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 36 min tondan çox taxıl, 9 min tonadək gübrə, 1136 ton propan, 133 ton alüminium, 414 ton antrasit və 67 min ton taxta materialları göndərilib.
Eyni zamanda, indiyə qədər Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tonadək “Aİ-92” və “Aİ-95” benzini ixrac olunub.