35 il sonra Ermənistandan məhsul aldıq

11:49 16.04.2026 1
Bu ilin mart ayında Azərbaycan Ermənistandan ilk dəfə 960 ABŞ dolları dəyərində mal idxal edib.

“Qafqazinfo” xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin (DGK) “Xarici Ticarətin Gömrük Statistikasına dair Hesabat”ında öz əksini tapıb.

Bundan başqa, cari ilin yanvar-mart aylarında Azərbaycandan Ermənistana 5,757 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub.

Məlumata görə, bu göstərici Azərbaycanın ümumi ixracının 0,11 faizini təşkil edib.

Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında iqtisadi əlaqələr 1991-ci ildən tamamilə dayandırılmışdı.
Oxşar xəbərlər