AYNA yolların xətlənməsinə 45 milyon xərcləyəcək

09:57 8.10.2025 8
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən respublika ərazisində, magistral yollarda nişanlanma və xətlənmə işlərinə sərf olunacaq vəsaitin həcmi məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, Agentlik bununla bağlı “STP-Btech” şirkəti ilə iki nəhəng müqavilə bağlayıb.

Müqavilələrdən birinin maliyyə dəyəri 11 milyon 465 min manat, digərinin maliyyə dəyəri isə 33 milyon 549 min manat müəyyənləşib.

Beləliklə, AYNA respublika ərazisində - magistral yollarda nişanlanma və xətlənmə işlərinə 45 milyon manat xərcləyəcək.
Oxşar xəbərlər