Ronaldo "Fənərbaxça"ya gəlir? - FOTO

13:02 20.11.2024 44
Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun Türkiyənin “Fənərbaxça” komandasına transfer olacağına dair iddialar yayılıb.

Bu barədə Türkiyə mətbuatı yazıb. Sözügedən iddialar sosial şəbəkələrdə böyük əks-səda doğurub.

Azarkeşlərin bir qismi bu transferi xəyal kimi qiymətləndirsə də, digərləri isə “Fənərbaxça”nın dünya miqyasında səs gətirəcək transfer edəcəyinə inanır.

Lakin bu iddialarla bağlı heç bir rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, ulduz futbolçunun müxtəlif klublarla müqavilə imzalamasından əvvəl də oxşar fərziyyələr gündəmə gəlmişdi.

K.Ronaldo hazırda "Əl-Nassr"ın futbolçusudur.

Ronaldo "Fənərbaxça"ya gəlir? - FOTORonaldo "Fənərbaxça"ya gəlir? - FOTORonaldo "Fənərbaxça"ya gəlir? - FOTORonaldo "Fənərbaxça"ya gəlir? - FOTO
Oxşar xəbərlər