ABŞ Prezidenti Donald Tramp argentinalı ulduz futbolçu Lionel Messi lə görüşüb.
Tramp Ağ Evdə Messi ilə yanaşı, ABŞ-da liqa çempionluğunu qazanan “İnter Mayami” futbolçularını da qəbul edib.
Çıxışı zamanı Tramp İranın regiondakı bəzi ölkələrə raket hücumları planlaşdırdığını və ABŞ-nin bu cəhdlərin qarşısını aldığını iddia edib.
Messi və komanda yoldaşlarının bu müddət ərzində ABŞ prezidentini alqışlaması diqqət çəkib.
Tramp çıxışında Messiyə tərif yağdırıb:
"Bu oğlan (Lionel Messi) bura gəldi və qalib gəldi. Bir çox əla oyunçu bura gəlir, pis oynamırlar, amma qalib gəlmirlər. Amma Leo, sən gəldin və qazandın. Və sən hamıdan daha çox təzyiq altında idin, bütün bu təzyiqlə baxmayaraq qalib gəldin”.
Tramp söhbət zamanı oğlu ilə aralarında keçən qısa dialoqdan danışıb:
“Oğlum mənə dedi ki, “Ata, bu gün kimin gələcəyini bilirsən?” Mən də cavab verdim ki, xeyr, bilmirəm, işim çoxdur. O dedi ki, Messi gəlir. Oğlum Messi və Kriştiano Ronaldonun böyük fanatıdır.
Daha əvvəl heç bir ABŞ prezidentinin deməyə fürsəti olmayan sözləri demək mənim üçün böyük şərəfdir. Ağ Evə xoş gəlmisiniz, Lionel Messi", - deyə o əlavə edib.
Söhbət əsnasında Tramp Messini futbol tarixinin əfsanəvi simalarından biri olan Pele ilə müqayisə edib.
“Sən Peledən daha yaxşı ola bilərsən. Kim daha yaxşıdır? Sən, yoxsa Pele? Bəli, etiraf edirəm ki, sən ondan daha yaxşısan, amma o da əla idi”.
Trampın açıqlamaları və mərasimdəki anlar həm siyasi, həm də idman dünyasına müzakirələrə səbəb olub.



